Portuqaliyanın Kantanhede şəhərində aerobika gimnastikası üzrə Dünya Kuboku yarışı keçirilib.
Fanat.Az xəbər verir ki, turnirdə ölkəmizi yığma komandanın 3 idmançısı təmsil edib.
Qarışıq cütlüyümüz Mədinə Mustafayeva və Vladimir Dolmatov final mərhələsini beşinci pillədə başa vurublar.
Vladimir Dolmatov fərdi proqramda yeddinci olub.
İdmançılarımız üçlük tərkibində (Vladimir Dolmatov, Xoşqədəm Quliyeva, Mədinə Mustafayeva) 8-ci pillədə qərarlaşıblar.
Qadınların fərdi proqramında qüvvəsini sınayan Mədinə Mustafayeva təsnifat mərhələsində 13-cü olub.