İtaliyanın Rimini şəhərində Azərbaycan komandasının iştirakı ilə batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, yarışın ikinci günündə batutçumuz Selcan Mahsudova təsnifat mərhələsində 54.000 bal toplayaraq 3-cü nəticə göstərib. 19 yaşlı gimnast bununla adını finala yazdırıb.
Yeniyetmələr arasında tamblinq yarışında çıxış edən təmsilçilərimizdən isə Hüseyn Əsədullayev 46.100 balla onuncu yeri tutaraq həlledici mərhələyə yüksəlib.
Bilal Qurbanov təsnifatda 13-cü (48,800), Aleksey Karataşev isə 14-cü (43,700) olub.
Qeyd edək ki, qitə çempionatı iyunun 5-dək davam edəcək.