Azərbaycan idmançıları İtaliyanın Rimini şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatında daha iki medal qazanıb.
Fanat.Az xəbər verir ki, fərdi növdə çıxış edən batutçumuz Maqsud Mahsudov gənclər arasında qızıl medala sahib çıxıb.
Böyüklər arasında tamblinq yarışlarında mübarizə aparan Mixail Malkin isə qitə çempionatının gümüş mükafatçısı olub.
Xatırladaq ki, daha əvvəl Maqsud Mahsudov və Hüseyn Abbasov yeniyetmələr arasında sinxron proqramda qızıl, böyüklərdən ibarət tamblinq "üçlüy"ümüz isə komanda yarışında bürünc medal qazanıb.