Bu gün Misli Premyer Liqasında 31-ci tur start götürüb.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir görüş reallaşıb.
42 xalla turnir cədvəlinn 6-cı pilləsində mövqe tutan "Turan Tovuz" 44 xalla 4-cü yerdə qərarlaşan "Sumqayıt"ı qəbul edib. "Gənclik şəhəri" təmsilçisi Tovuzda asan qələbə qazanıb və rəqibin turnir cədvəlində onu keçməsinə imkan verməyib.
Turun digər matçları 20 və 21 aprel tarixlərində baş tutacaq.
Misli Premyer Liqası
31-ci tur
19 aprel (cümə)
“Turan Tovuz” – “Sumqayıt” 1:4
Qollar: Otto Con, 52-pen. - Şəhriyar Əliyev, 15-öz qapısına. Erik Sorqa, 22. Səbuhi Abdullazadə, 88. Cordan Rezabala, 90+5.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
VAR hakimləri: Rauf Cabarov, Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 14. Slavik Alxasov, 88. Faiq Hacıyev, 23. Alexandro Serrano, 15. Emmanuel Hakman, 7. Luis Paçu, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 21. Aleks Souza.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 39. Sadiq Quliyev, 77. Fərid Nəbiyev, 2. İsmayıl Zülfüqarlı, 33. Eltun Turabov, 70. Məzahir Məmmədzadə, 97. Sadiq Şəfiyev, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov.
Baş məşqçi: Ayxan Abbasov.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 8. Səbuhi Abdullazadə. 19. Roi Kehat, 12. Abu Dosso, 4. İsa Suliman,9. Erik Sorqa, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 36. Xəyal Fərzullayev. 56. Aftandil Arixov, 30. Kamran Quliyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 23. Cordan Rezabala, 60. Tresor Mossi.
Baş məşqçi: Samir Abasov.