“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 31-ci turu çərçivəsində qarşılaşdıqları "Turan Tovuz" ilə səfər oyunundan sonra fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, 4:1 hesablı qələbəni belə şərh edib:
"Futbolçularımı təbrik edirəm. Ajiotaj o həddə çatmışdı ki, bu bizi yolumuzdan çıxara bilərdi. Amma adekvat reaksiya verdik. Bu qələbəni daim yanımızda olan dostumuz, klubun avtobusunun sürücüsünə həsr edirik. Ağır əməliyyat keçirib.
Uduzsaydıq, Allah bilir növbəti turlarda nə olacaqdı. Çünki gələn turda "Qarabağ"la oyunumuz var. Ardıcıl 2 məğlubiyyət ala, bu isə bizim mövsümün sonluğunu arzuolunmaz keçirməyimizə səbəb ola bilərdi.
Oyundankənar söz-söhbət bizim işimizə yaradı. Hər dəfə bizi qıcıqlandıran söhbətlər olacaqsa və bundan karlı çıxan tərəf olacağıqsa, yenə yazın.
Avrokuboklara nəticə qazanmasaq da, bu məni üzməyəcək. Gələcəyin komandasını qurmaq yolunda bu heyət məni qane edir. Möhtəşəm uşaqlardı, fikir-zikirləri futboldur".
Mirağa