Misli Premyer Liqasının 31-ci turunda "Sabah"ı qəbul edəcək "Kəpəz" oyuna tam heyətlə çıxa bilməyəcək.
Bunu Fanat.Az-a açıqlamasında Gəncə təmsilçisinin sözçüsü Azad Mustafayev deyib:
"Georgi Papunaşvilinin zədə səbəbindən oynamayacağı dəqiqdir. Bundan başqa, Amil Yunanovun meydana çıxıb-çıxmayacağı sual altındadır. Amilin hansı durumda olduğu oyun günü bilinəcək. Xəstələndiyi üçün ötən turu buraxan Ehtiram Şahverdiyevlə də bağlı vəziyyət eynidir. Yəni "Sabah"la oyunu buraxmaq ehtimalı var".
Qeyd edək ki, "Kəpəz" - "Sabah" qarşılaşması aprelin 21-də Tovuz şəhər stadionunda keçiriləcək. Görüşün start fiti 16:30-da səslənəcək.
Nihat