Fransanın "Reyms” klubunda çıxış edən Yunis Abdelhamid "Qarabağ"dan aldığı təkliflə bağlı danışıb.
Fanat.Az xəbər verir ki, Mərakeş əsilli fransalı müdafiəçi yerli mediaya açıqlamasında 2017-ci ildə Azərbaycan klubu ilə danışıqlar apardığını, yalnız son anda transferdən imtina etdiyini bildirib:
"Ökə xaricində çıxış etmək istədiyirdim. Azərbaycanın "Qarabağ” klubuna keçmək imkanım var idi. Cəlbedici təklif idi, maliyyə şərtləri də yaxşı idi. Ancaq mən tərəddüd etdim. "Dijon”da uğursuz təcrübədən sonra inkişaf edə biləcəyim bir klubda çıxış etmək istədim. Müntəzəm oynamamaqdan bezmişdim. Nəhayət, "Reyms” mənim üçün ən doğru seçim oldu”.
Qeyd edək ki, 32 yaşlı karyerası ərzində yalnız Fransada oynayıb. O, bu mövsüm Fransa Liqa 1-də 20 oyuna çıxıb və 1 qol vurub. Müdafiəçi 2016-cı ildə Mərakeş millisində iki oyun keçirib.
Fanat.Az