21:34 21.10.2023 234

Qazaxda ağırlıqqaldırma birinciliyi keçirilib

Oktyabrın 21-də “Heydər Əliyev İli” çərçivəsində Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 2008-2011-ci il təvəllüdlü uşaq və yeniyetmələr arasında idmanın ağırlıqqaldırma növü üzrə region birinciliyi keçirilib.

Fanat.Az xəbər verir ki, Qazax Olimpiya İdman Kompleksində keçirilən birinciliyə Qazax, Ağstafa və Tovuz rayonlarından 60-a yaxın idmançı qatılıb.

Birinciliyin təntənəli açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, veteran idmançılar, ağsaqqallar və digər şəxslər iştirak ediblər.  Öncə Azərbaycan Respublikasının Dövlət Himni səslənib, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edib, idmançılara uğurlar arzulayıb, Kamran Nəbizadəni Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti, Firdovsi Umudovu federasiyanın vitse-prezidenti seçilmələri münasibətilə bir daha təbrik edib. İcra başçısı 2023-cü ilin xalqımız və dövlətimiz üçün əlamətdar bir il olduğunu dilə gətirib, Ulu Öndərin idman siyasətinin bu gün onun layiqli davamçıları ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edərək yarış iştirakçılarını Federasiyanın prezidenti Kamran Nəbizadənin adından salamlayıb, səmimi təbriklərini çatdırıb, uğurlar arzulayıb. Bugünkü birinciliyin keçirilməsinə görə təşkilatçılara razılığını ifadə edən vitse-prezident bu cür yarışların idmançıların inkişaf etməsində mühüm rol oynadığını bildirib. Federasiya rəhbərliyi olaraq istər Qazaxda, istərsə də respublikamızın digər bölgələrində idmanın ağırlıqqaldırma növünün inkişaf etdirilməsi üçün qarşıya böyük məqsədlər qoyulduğunu, bu istiqamətdə lazımi addımlar atılacağını diqqətə çatdırıb. Umudov idmançılara Prezident İlham Əliyevin idman sahəsinə, idmançılara olan qayğısını, onlara olan etimadı qazandıqları nailiyyətlərlə doğrultmalarını tövsiyə edib.

Sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev çıxış edərək idmançıları salamlayıb, onlara uğurlar arzulayıb. O, Ulu Öndər Heydər Əliyevin hər zaman Azərbaycan gəncliyinə, idmanına qayğı göstərdiyini bildirib.

Sonra yarışa start verilib. Qızlarda Nuray Əbilova (40 kq), Samirə Rzayeva (45 kq), Bahar Ocaqverdiyeva (49 kq), Ravilya Abbasova (55 kq) və Aytən Əliyeva (59 kq), oğlanlarda isə Səid Mahmudlu (40 kq), Mərdan Mərdalıyev (44 kq), Musa Məmmədtağıyev (49 kq), Musa Alməmmədov (55 kq), Lətif Əliyev (61 kq), Amin Məmmədtağıyev (67 kq), Nihad Süleymanov (73 kq), Allahverdi Qaragözov (81 kq), Muhammədəli Məmmədzadə (89 kq) və Aslan Əmiraslanov (96 kq) qızıl medal qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Mükafatçılara Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallar təqdim olunub.

Federasiyanın vitse-prezidenti Firdovsi Umudov yarışı izləyəndən sonra qazaxlı idmançı və məqşçilərlə görüşüb, onları dinləyib, tövsiyələrini verib. O qeyd edib ki, federasiya bütün regionları, həmçinin Qazax regionunu diqqətdə saxlayır, yeni və daha böyük uğurların qazanılması üçün bütün addımlar atır və bu proses bundan sonra da davam etdiriləcək, ağırlıqqaldırma idman növünün inkişafı təmin ediləcəkdir.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

16:57

Azərbaycan boksçuları Rusiyadakı turniri 5 medalla başa vurdular

16:13

"Bu mövsüm sərgilədiyim oyundan razıyam" - İPL-in ən yaxşı oyunçusu

15:47

Azərbaycan millisi Özbəkistanda 3-cü qələbəsini qazandı

15:31

İPL-in ən yaxşı futbolçusu müəyyənləşdi

15:11

Azərbaycan boksçuları Macarıstanda 2 medal qazandı

15:04

Ən yaxşı gənc oyunçu adına namizədlər açıqlandı - Bellingem siyahıda yoxdur

14:45

Stefano Piolini Fonseka əvəzləyəcək

14:15

Lamiyə Parisdə dünya çempionu oldu

13:49

Koul Palmer bütün rəqiblərini qabaqladı

13:15

"Sumqayıt" "Sabah"a qarşı bir itki ilə mübarizə aparacaq

12:41

Azərbaycan ilk dəfə Dünya Kubokuna ev sahibliyi edəcək

11:42

Peşəkar Çövkən Liqası start götürür

11:13

Azərbaycanın 5 güləşçisi Avropa çempionatının finalında

10:50

Ronaldu yeni rekorda imza atdı

10:17

"Böyük futbolçular xüsusi klublarda oynamaq istəyirlər" -  Kilian Mbappe

09:47

Şahruddin 90+2-də əvəzləndi, komandası...

00:48

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

17 May 2024
23:31

"Hakimlər bu il yükü daşıya bilmədilər" - Ayxan Abbasov

22:48

UEFA Şahruddinin klubunu cəzalandırdı

22:15

MPL: Qol şousunu "Qarabağ" qazandı

20:42

"Yuventus" Alleqrini qovdu - RƏSMİ

20:22

Dubayda həbs olunan futbolçu azad edildi

19:35

Koutinyo vətəninə qayıdır

18:44

"Real"ın Mbappe üçün keçirəcəyi təqdimetmə mərasiminin vaxtı bilindi

18:11

"Traktor"un səhmləri satışa çıxarılır - Qərar verildi

17:50

AÇ-2024: Fransa Almaniyaya bu heyətlə gedəcək - SİYAHI 

17:23

Azərbaycan millisinin Gürcüstanla oyunları ləğv edildi

Facebookdan bizi izləməyi unutmayın.
X