Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak etdiyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Bu gün onlardan daha ikisi – Füqan Əliyev və Ravin Alməmmədov körpücük üzərinə qalxıblar. Onlar 81 kq çəki dərəcəsinin B qrupunda qüvvələrini sınayıblar.
Ravin birdən qaldırma hərəkətində 135 kq nəticə göstərib, təkanla qaldırma hərəkətinə isə zədə səbəbindən çıxa bilməyib, yarışı nəticəsiz başa vurmalı olub.
Füqan toplam 313 kq (140+173) nəticə göstərib və B qrupunu 3-cü yerdə başa vurub. Onun yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.