Bolqarıstanın paytaxtı Sofiyada keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatı davam edir.
Fanat.Az xəbər verir ki, 43 ölkədən 402 atletin (202 kişi + 200 qadın) iştirak edəcəyi yarışda Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər.
Bu gün onlardan daha biri – Əli Şükürlü körpücük üzərinə qalxıb. O, 102 kq çəki dərəcəsinin B qrupunda qüvvəsini sınayıb.
Əli toplam toplam 361 kq (163+198) nəticə ilə B qrupunda 2-ci yeri tutub.
Atletimizin yekun sıralamadakı yeri bu çəki dərəcəsinin A qrupunda çıxışlar başa çatandan sonra məlum olacaq.