
Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında ölkəmizin aktivinə növbəti medalı yazdırıb.
Fanat.Az xəbər verir ki, 102 kiloqram çəki dərəcəsində mübarizə aparan atlet gümüş medala sahib çıxıb.
Bu, Azərbaycan ağırlıqqaldıranlarının İslamiadada ikinci medalı olub. Daha əvvəl qadınların 45 kq çəki dərəcəsində yarışan Nazilə İsmayılova bürünc mükafat əldə edib.