Türkiyənin paytaxtı Ankarada ağır atletika üzrə üçqat Olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnir start götürüb.
Ağır Atletika Federasiyasından Fanat.Az-a verilən məlumata görə, 16 ölkədən 72 atlet çıxış etdiyi yarışda Azərbaycan yığmasının üzvləri də çıxış edir.
Ölkəmizin təmsilçilərindən körpücük üzərinə ilk olaraq Nazilə İsmayılova çıxıb. O, 49 kq çəki dərəcəsində yarışıb.
İdmançımız toplam 127 kq (55+72) nəticə ilə bu çəki dərəcəsində bürünc medala sahib çıxıb.