UEFA Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan “Hakken” itki ilə üzləşib.
Fanat.Az xəbər verir ki, İsveç klubu hücumçusu İbrahim Sadiqlə yollarını ayırıb.
Qanalı forvard transfer dönəminin son günündə “Alkmar”a keçib. 23 yaşlı oyunçu yeni komandası ilə 2028-ci ilin yayına qədər müqavilə bağlayıb. “Hakken” onun keçidindən 4 milyon avro qazanıb.
Qeyd edək ki, “Hakken” qrup mərhələsinin II turunda oktyabrın 5-də “Qarabağ”la qarşılaşacaq.