Azərbaycan millisinin üzvü Mahir Emreli Polşanın "Legia" klubunun heyətində Avropa Liqasının pley-off mərhələsində "Slaviya"ya (Çexiya) vurduğu qoldan danışıb.
Fanat.Az xəbər verir ki, futbolçu bu qolun onun üçün çox vacib olduğunu bildirib:
"Avropa Liqasında ilk dəfə fərqləndim. Bu turnirdə qol vurmaq mənim üçün çox vacib idi. Qarşıda cavab görüşümüz var. Hamımız oyuna 100 faiz köklənməliyik. Hər kəs Avropa Liqasının qrup mərhələsinə yüksəlmək üçün uzun müddət gözləyib. Səhv etmirəmsə, "Legiya" 4 ildir ki, qruplarda yer almır. Ona görə arzumuz üçün mübarizə aparmalıyıq, amma bizim üçün çətin olacaq".
Qeyd edək ki, Mahir Emreli 20-ci dəqiqədə "Legiya"nın görüşdəki ilk qolunun müəllifi olub. Görüş 2:2 hesabı ilə başa çatıb. Komandalar arasındakı cavab matçı avqustun 26-da olacaq.