
"Şamaxı" klubunda növbəti ayrılıq baş tutub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, hücumçu Uğur Cahangirovla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
"Şamaxı" Cahangirova göstərdiyi xidmətlərə görə təşəkkür edib, karyerasında uğurlar arzulayıb.
