22:19 19.01.2023 540

Regekampf “Neftçi”nin Antalya toplanışını dəyərləndirdi - VİDEO

“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Türkiyənin Antalya şəhərində Serbiyanın "Srvena Zvezda" komandasına qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Fanat.Az xəbər verir ki, o, 0:1 hesabı ilə uduzduqları oyundan sonra klubun rəsmi televiziyasına müsahibəsində bunları söyləyib:

“Oyunu zədəsiz bitirdiyimiz üçün sevincliyik. İlk dəfə idi ki, Ataa Caber və Emin Mahmudov birlikdə oynadılar. Mahmudov 3 gündür məşq etmirdi. Hər ikisi matçı zədəsiz bitirdi. "Sabah"la matça kimi bir neçə günümüz qalıb. Çox yaxşı hazırlaşmalıyıq. Nikbinəm, çünki bütün futbolçular sərəncamımdadır. Sadəcə, Eddi İsrafilov üçün darıxırıq. Qarşıdakı 2-3 rəsmi oyunda bizimlə olmayacaq. Ümid edirik ki, tezliklə komandaya qoşulacaq".

Hazırlıq prosesini də dəyərləndirən mütəxəssis yoxlama görüşlərindəki rotasiyaların səbəbini açıqlayıb: "Bu matçı çıxmaq şərtilə, əvvəlki oyunlarda orta xətdə oynatmağa futbolçum yox idi. Bəzən bu cür dəyişikliklərin komandaya xeyri olur. Hamısı təcrübəli futbolçudur. Fərqli mövqelərdə oynamağa öyrəşməlidirlər. Toplanışda yerli gənclərə çox şans verdik. Onların inkişaf etdiiyni düşünürəm. Müsbət məqamlardan biri Sezar Meza Kollinin zədədən qaıytmasıdır. Vato Arveladzeni da qeyd edə bilərəm. Son iki matçda az da olsa, oynaya bildi. Komandanı addım-addım düzəltməyə və yaxşı kollektiv yaratmağa çalışırıq. Gəncləri gələcək oyunlara hazırlayıram. Onlara şans verdikdən sonra inkişafı görürük. Ümid edirəm ki, hər gün yeni şeylər öyrənəcəklər".

Regekampf heyətdəki problemlərdən də söz açıb: "Fikrimcə, oyunçularımız hazırdırlar. Amma hər gün nəsə baş verir. Azər Salahlı xəstələndi. Emin Mahmudovda xırda problem var idi, sonradan böyüdü. Eyni sözləri Eddi İsrafilov haqqında deyərdim. Əsas oyunçuları digərləri ilə əvəzləmək asan deyil. "Şamaxı" ilə matçdan sonra dediyim kimi, komandanı kökündən dəyişməyə ehtiyac yoxdur. Əsas məqsədimiz sabit oynamaq və ailə olmaqdır".

O, yeni transferlər - Höccət Haqverdi ilə Kilan Lebonun komandaya kömək edəcəklərinə inandığını söyləyib: "Bu gün bizə yeni futbolçu qoşulub. Düşünürəm ki, yaxşı oyunçudur. Son 6 ay ərzində yaşadığımız çətinliyi aradan qaldıracaq. Bizə irəlidə top istəyən futbolçu lazım idi. İnanıram ki, bunun öhdəsindən gələcək. Höccət elə futbolçudur ki, onun da bizə çox köməyi dəyəcək".

Yusuf lavalın gedişinə də toxunan rumıniyalı baş məşqçi futbolda bu cür halların baş verməsini normal qəbul etdiyini vurğulayıb: "Lavalın bizimlə 6 aylıq müqaviləsi qalmışdı. Sözləşməsini yeniləməyə çalışdıq. Amma yeni çağırış istəyirdi. Portuqaliya klubundan gələn təklifi dəyərləndirməyə qərar verdi. "Lazımi mövqeləri gücləndirməliyik. Lavalın gedəcəyi ağlıma belə gəlməzdi. Amma indi bu barədə düşünmək istəmirəm. Onun mövqeyinə elə oyunçu gətirməliydik, boşluğunu doldursun. Laval ailəmizin bir üzvü idi, yeni karyerasında uğurlar arzulayırıq. İnanıram ki, Portuqaliyada böyük oyunlar göstərəcək və yaxşı çıxış edəcək".

Rumın mütəxəssis yeni transfer planlarından da söz açıb: “Komandaya daha 2 yeni futbolçu cəlb olunacaq. Transfer siyahımızda daha bir vinger və hücumçu var. Qarşıdakı günlərdə onların da keçidini bitirəcəyimizə ümid edirik. Eyni zamanda, əlimdə olan bütün futbolçuları çempionata 100 faiz hazırlamaq istəyirəm".

Regekampf qarşıdakı 6 ayda yaxşı komanda qurmaq və avrokuboklarda uğurlu çıxış etmək istədiklərini bildirib: "Təlim-məşq toplanışında neqativ məqamlar da olur. Amma indi bu barədə danışmaq istəmirəm. Bəzi oyunçularda mikro-zədələr oldu. Onların hamısından eyni vaxtda məşqlərdə istifadə bilmirdik. Buna baxmayaraq, böyük təcrübəyə və keyfiyyətə malikdirlər. Ümid edirəm ki, ilk rəsmi oyunumuzda formalarının pik nöqtəsində olacaqlar və qələbə qazanmağımıza kömək edəcəklər".

Baş məşqçi bu mövsümdəki məqsədlərinin ölkə kubokunu, əsas hədəflərinin isə çempionluğu qazanmaq olduğunu əlkavə edib: “Kubokda şansımız yüksəkdir, çünki iddialılar uduzublar. Qalan komandalara da hörmətlə yanaşırıq. Asan olmayacaq”.

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:36

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun yarımfinalında məğlub olub

22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

Facebookdan bizi izləməyi unutmayın.
X