13:08 08.02.2023 1035

"Musa bombardir olacaq, onun qol duyumu Şeydayevinkindən daha yaxşıdır"

Azərbaycan Premyer Liqasının bombardirləri arasında maraqlı mübarizəyə şahidlik edirik. Çempionatın lideri "Qarabağ"ın iki futbolçusunun - Ramil Şeydayev və Musa Qurbanlının hərəyə 15 qol vurması isə bu mübarizəyə əlavə rəng qatır. Ağdam təmsilçisinin oyunçularını 12 qolla "Sabah"ın legioneri Coy Lens Mikels təqib edirsə, "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov artıq rəqib qapılarına 10 dəfə yol tapmağı bacarıb. Şübhəsiz, mayın sonunadək bu yöndə çox şey dəyişə bilər. Ancaq hazırki durumda məhz Şeydayevlə Qurbanlının mövsümün ən sərrast oyunçusu olmaq şanslarını müzakirə etmək daha məntiqəuyğundur.

Azərbaycan futbolunun ən istedadlı hücumçularından biri kimi yadda qalan, hazırda 21 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi olan Samir Əliyevlə əlaqə saxlayıb həmklublardan hansını daha şanslı saydığını soruşduq.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Fikrimcə, yekunda Musa Qurbanlı bombardir olacaq. Həm Musa sırf mərkəz hücumçusu mövqeyində çıxış edir, həm də onun qol duyumu Şeydayevinkindən daha yaxşıdır. Əlbəttə, Musanın bombardir olmaq perspektivindən danışırıqsa, bundan sonrakı vəziyyəti də nəzərə almalıyıq. Artıq Ovusu Kvabena "Qarabağ"da deyil və bu məqam Qurbanlı üçün daha çox oynamaq şansı anlamındadır. Unutmayaq ki, Ramil bu mövsüm Musadan çox oynadığı halda, 15 qoldan yeddisini penaltidən vurub".

2007/2008 mövsümündə Bakı "İnter"inin forması ilə 19 qol vuraraq ölkə çempionatının bombardiri adını qazanan Xaqani Məmmədovun da fikirlərini öyrəndik. "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyevin köməkçilərindən biri qismində fəaliyyət göstərən Məmmədov çalışqanlıq amilini qabartdı:

"Futboldu, indidən nəsə demək çətindir. Əsas bundan sonrakı çempionat matçlarında bu oyunçuların öz üzərində necə işləməsi, oyunlara nə dərəcədə hazır olmasıdır. Yəni hansı daha çox əziyyət çəksə, daha çox işləsə, o da bombardir olacaq".

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X