22:34 22.02.2023 480

“Onlar mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar” - Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində Belçikanın “Gent” komandasına qarşı keçirəcəkləri cavab oyunundan öncə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı bu gün Gentdə keçirilən mətbuat konfransında bunları söyləyib:

“Ümumi durum pis deyil. İlk matçda rəqibi daha yaxından tanıdıq. Futbolçularım hazırdırlar, onlara inanıram, güvənirəm. Sabah yaxşı oyun göstərmək istəyirik. Bakıdakından daha çox güc sərf etməli olacağıq. Bu vacib oyuna tam hazırıq. 

Marko Yankoviç çox yaxşı formadaydı. Onun zədələnməsinə çox üzüldüm. İkinci dəfədir performansı yaxşılaşanda belə zədə alır. Amma bizim bir-birini əvəzləyə biləcək futbolçularımız var. Yankoviçin özünə görə daha çox üzülürəm.

Uzaq məsafə sərf etdiyimiz üçün oyuna 2 gün əvvəl gəlirik. Dünən də yola 9 saat vaxt sərf etdik.

Hələlik komandamda istədiyim dinamikanı görmürəm. Amma oyundan oyuna irəliləyiş hiss edirəm. Futbolçulara hansı motivasiyanı verdiyimizi burda deyə bilməyəcəm. Bəziləri ilə dost kimi, bəziləri ilə müəllim kimi danışırıq. Niyə deyirəm ki, futbolçularıma güvənirəm, inanıram? Çünki, mənim sözlərimə böyük məsuliyyətlə yanaşırlar. Bəzən bəlkə onlarda texniki cəhətdən nəsə alınmır. Amma ümumən onların məsuliyyətli yanaşması məni da belə oyunlardan əvvəl rahatlaşdırır.

Konfrans Liqasının finalında oynamağı kim istəməz ki? Amma real baxmaq lazımdır. Kənardan fikir bildirməkdən asan heç nə yoxdur. Şükürlər olsun, futbolçularım illərdir nə əziyyətlərdən keçib buralara gəlib çıxıblar. Bu cür fikirlərə futbolçularımız da üzülür. Sanki, qarşımızdakı rəqib kiçildilir.

Bizim üçün Avropada hər oyun faydalıdır. Amma rəqibimizin ilboyu hər oyunu bu sürətdə, dinamikada keçir. Və bu da futbolçunun sabit formada qalması üçün çox vacibdir. Futbol çox yüksək sürətlə inkişaf edir. Bizim bilmədiyimiz, ağlımıza gətirmədiyimiz o qədər məqamlar var. İndi desək ki, "Gent" və ya başqa rəqibi mütləq keçməliyik və ya keçəcəyik, doğru olmaz”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X