16:43 26.02.2023 2054

“Sabah” üzərində qələbəyə ikiqat mükafat veriləcək” – Cavid Hüseynov

“Şamaxı”nın məşqçisi Cavid Hüseynovun Fanat.Az-a müsahibəsi

- Qələbə təəssüratlarınız öyrənmək istərdik. Nəzərə alsaq ki, son 4 matçda məğlubiyyətləri sıralayırdınız. Liderin ən yaxın izləyicisi olan “Sabah”a qarşı motivasiyanın qaynağını bilmək olar? 
- “Sabah”la oyunun ağır olacağını bilirdik. Rəqibdə çox güclü futbolçular var. Əsas da öndə oynayan futbolçularını qeyd etməliyik. Bu gün əzmkarlıq hesabına qalib gəldik. Hələ iki şans da var idi, hansı ki, Rövşən Şahmuradov yararlana bilmədi. “Sabah”la görüşdə belə futbol oynamaq bizim üçün qürurvericidir. Uşaqları təbrik edirəm. 

Əslində son dörd turdakı görüşləri analiz edəndə görürük ki, həmin oyunlarımız da pis alınmayıb. Daha doğrusu, “Kəpəz”lə matç istisnadır, digər üçündə rəqiblərdən üstün olmuşuq. Sadəcə, nəticə ürəyimiz istəyən kimi alınmayıb. Bu da futbolçuların təcrübəsizliyindən, ustalıq səviyyələrinin o qədər də yüksək olmamasından irəli gəlir. Hər oyunda kifayət qədər qol şansımız olur, sadəcə təcrübənin və ustalığın azlığı onların realizə edilməsi faizini artırmağa imkan vermir. Rəqiblərimizin heyətində isə hər fürsətdə fərqlənə bilən, texnikalı, ustalıq səviyyəsi yüksək olan yerli və legioner hücumçular var. Bugünkü reallıq budur.

- Komanda qış transfer dönəmində təcrübəli futbolçularla güclənə bilərdi. Ancaq Adil Nağıyevi də itirdiniz... 
- Həm maddi imkanımız, həm strategiyamız əl-ayağımızı bağlayır, transfer fəaliyyətimizi çətinləşdirir. Rəqiblərimizdə isə imkanlar genişdir, əllərinə düşən fürsətlərdən yararlandılar. Odur ki, qış fasiləsindən sonra “Səbail”ə qalib gəlməyimizə baxmayaraq, sonrakı 4 turda uduzmağımız, eniş yaşamağımız başadüşülən idi. 

Adil Nağıyevə gəlincə, onun bizi tərk edib “Səbail”ə qayıtması işimizi xeyli çətinləşdirib. Onun kimi təcrübəli futbolçu müdafiənin sütunu idi. Adilin yerini doldurmaq üçün çox düşündük, variantlar sınadıq. Nihatı ortaya qoyanda boşluqlarımız olurdu. Bu gün Zahid Mərdanovu müdafiənin mərkəzinə çəkdik. Çox razı qaldım. Ona halal olsun, tapşırıqların öhdəsindən hardasa 90 faiz gələ bildi. 

- “Sabah” üzərində qələbə qış fasiləsi ərəfəsindəki yüksəlişi yenidən təkrarlamağa, uğurlu qrafik cızmağa imkan verəcək?  
- İnşallah. Ümid edək ki, elitada qalmaq baxımından bu qələbə işimizə yarayacaq, bəlkə də həlledici olacaq. 

- Yeni sponsorların komandaya cəlb olunacağına inanırsız? Nəzərə alaq ki, AFFA-nın prezsidenti Rövnəq Abdullayev və Şamaxının icra başçısı oyunu izləyirdi. 
- Qonaqlarımızın olacağını bir gün öncədən bilirdim. Bu gəlişin sponsorla bağlı olacağını güman edirəm. Təsəvvür edin, sponsor gəlsə, fu futbolçular gələn mövsüm hansı həvəs, hansı motivasiya ilə oynayarlar. Bir az da təcrübəli olacaqlar. Büdcə imkan versə, istədiyim 4 təcrübəli oyunçunu da gətirərəm və iddialı komanda formalaşdıraram. Bu gün 4-5 futbolçumuza təklif var, bu məni sevindirir. Halbuki beş ay əvvəl onların adı heç bir dəftərdə yox idi. Bu gün onların milli komandaya dəvət olunacağı barədə söhbətlər də var. Deməli, boşuna çalışmamışıq. 

- Yəqin bu qələbənin mükafat həcmi fərqli olar?!  
- Bəli. Düzdür, mükafat fondumuz azdır. Amma dünən rəhbərliklə söhbətim oldu və onları razı sala bildim ki, qələbəyə ikiqat pul verilsin. Yəni futbolçular əvvəlki oyunlarda qələbəyə görə aldıqlarından iki dəfə çox mükafat alacaqlar.

- Futbolçu Cavid Hüseynov həmişə iddialı klublarda çıxış edib. Peşəkar məşqçi kimi isə qismətinizə autsayder komanda düşüb. Motivasiyanı hardan tapırsınız?
- İstər futbolçu, istər məşqçi kimi özümə qarşı tələbkar olmuşam. Həmişə özümdən maksimumunu istəmişəm. Özümü harda görürəmsə, orda olmağa can atmışam. Futbolçu kimi daim iddialı klublarda çıxış edən “Şamaxı” bir təcrübədir. Burda işləmək xoşdur. Bir sıxıntı var ki, o da sonuncu yeri tutub elitanı tərk etmək qorxusudur. Bunu heç arzulamıram. 
Məşqçi kimi bizim işimiz daha ağırdı. Həm uşaqların inkişafına çalışmalıyıq, həm də nəticə verməliyik. Rəqiblərimizin heyətinə baxsaq, hər komandada ən azı 8 legioner futbolçu var. Ən ağır şərtlərlə çıxış edən və stresli vəziyyətdə olan “Şamaxı”dır. Gecə-gündüz çalışırıq. Əlimizdən gələni edirik ki, sonuncu yeri tutmayaq. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

Facebookdan bizi izləməyi unutmayın.
X