
"Turan Tovuz"un hücumçusu Natan Oduvanın son vəziyyətinə aydınlıq gəlib.
Tovuz təmsilçisinin sözçüsü Süleyman Tağıyevin Fanat.Az-a verdiyi məlumata görə, "Tottenhem"in yetirməsi tovuzluların bu gün 16:00-da baş tutan məşqində kollektivdən ayrı çalışıb.
O, yüngül qaçış və müəyyən təmrinlərlə kifayətlənib. Oduvanın növbəti çempionat matçında "Səbail"ə qarşı oynayıb-oynamayacağına gəlincə, Tovuz təmsilçisinin tibbi personalı əcnəbi futbolçunun zədəsinin sağalmasına çalışacaqlar.
Nihat