11:10 17.03.2023 872

Heydər Əliyev Banişevskini necə xilas etdi?

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Azərbaycanın idman ölkəsi kimi tanınmasında ümummilli lider, mərhum prezident Heydər Əliyevin rolu danılmazdır. İdman infrastrukturlarının bir çoxunun təməli onun hələ respublikaya başçılıq etdiyi min doqquz yüz altmış-yetmişinci illərdən qoyulmuşdu. Məhz o illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün çox iş görülmüşdü. Bir çox idman kompleksləri, qurğuları, zalları tikilmiş, meydançalar salınmış, böyük idman-sağlamlıq mərkəzləri yaradılmışdı... 

İdmanın digər sahələrində olduğu kimi, futbol səhəsində də Heydər Əliyevin xidmətləri qeyd olunmalıdır. Təsadüfi deyil ki, Heydər Əliyevin sovet dövründə Azərbaycan futbolu üçün etdikləri nəinki Azərbaycanda, hətta ölkəmizdən kənarda da xatırlanır. Hətta bunu qısqanclıqla yada salanlar da var. O vaxt Azərbaycanı ümumittifaq yarışında təmsil edən "Neftçi"nin 1966-cı ildə bürünc medal qazanmasını Əliyevin flaqmana hami durması ilə izah etməyə çalışırlar. Nəticə etibarilə bunu vurğulayıb "Neftçi"nin ovaxtkı uğuruna kölgə salmaq istəməzdik. Bununla belə, Heydər Əliyevin bir dəfə "ağ-qaralar"ı böyük bəladan, ağır sanksiyadan xilas etməsi faktdır.

İllər əvvəl Rusiyanın “Soverşenno sekretno” (“Tam məxfi”) qəzetində bununla bağlı işıq üzü görən yazıya əsasən, söhbət 1970/71 mövsümündən gedir. Oktyabrın 8-də isə Rostov-na-Donu şəhərində keçirilən, yerli OİK-lə matç zamanı futbol meydanında oyunçuların, hakimlərin və milis işçilərinin iştirakı ilə dava düşüb. Bakılıların qolkiperi Sergey Kramerenko qapısını tərk edərək baş hakimin (Yuriy Balıkin) üzərinə hücum çəkib və onun sifətinə zərbə endirib. Kapitan Anatoliy Banişevski isə “Neftçi”nin oyunçularına meydanı tərk etməyə çağırıb. Kütləvi dava-dalaşın qarşısını almaq üçün milis meydana daxil olub. Baş verənlərdən sonra SSRİ Futbol Federasiyası qərara alıb ki, “Neftçi” birincilikdən xaric edilsin, qalan 3 oyunda kluba məğlubiyyət verilsin və həmçinin Banişevski bir illik, Kramarenko 3 illik diskvalifikasiyaya məruz qalsın. Bu qərarı SSRİ İdman Komitəsinin kollegiyası təsdiqləməli idi. Ancaq...


O vaxt Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev rəsmi Moskvaya məlumat verib ki, “Neftçi”nin güclülər dəstəsindən kənarlaşdırılması sosial partlayışa gətirib çıxara bilər. Əliyevin müraciətində deyilirdi: “Respublika əhalisi arasında, xüsusilə də gənclərdə, güclü narazılıq baş qaldırıb ki, arzuolunmaz nəticələrə gətirib çıxara bilər... Etiraz əlaməti olaraq, Neft Daşlarında bəzi fəhlələr işə çıxmaqdan boyun qaçırıb”.
Nəticədə böyük sanksiyadan qurtulan klub çempionat oyunlarını sona qədər keçirib, Banişevski isə diskvalifikasiya olunsa da, cəzası şərti olub.

“Neftçi”nin rəsmi saytında həmin mövsümün hadisələri belə qeyd olunub: “Heç kim 1971-ci ildə “Neftçi”nin başına gətirilənləri unutmayıb. Xoşbəxlikdən, onda Azərbaycan futbolunun köməyinə böyük nüfuza malik şəxsiyyət, cənab Heydər Əliyev gəldi. Futbol Federasiyası hətta “Neftçi”nin birinci dəstəyə göndərilməsi haqda qərar da çıxarmışdı. Amma heç vaxt xalqını darda qoymayan, ümummilli liderimiz Heydər Əliyevin vaxtında işə qarışması bu böyük ədalətsizliyin qarşısını almış oldu”.

Müstəqillik dövründə də mərhum prezidentin futbola diqqət və qayğısı qeyd olunmalıdır. Ümummilli liderlə bağlı ən yaddaqalan hadisə onun 31 avqust 1996-cı ildə, DÇ-1998-in seçmə mərhələsi çərçivəsində Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan Azərbaycan - İsveçrə futbol oyununu stadiondan canlı izləməsidir. Təxminən 20-ci dəqiqədə oyuna baxmağa gələn Azərbaycan prezidenti matçı təxminən 30-32 dəqiqə izləyib. Görüş Kazbek Tuayevin rəhbərliyi altında çıxış edən Azərbaycanın sensasiyalı qələbəsi ilə nəticələnib — 1:0. Vidadi Rzayevin 26-cı dəqiqədə vurduğu yeganə qol millimizə tarixi qələbə qazandırıb. Belə ki, bu qələbə futbol üzrə Azərbaycan yığmasının rəsmi görüşlərdə qazandığı ilk qələbə kimi tarixə düşüb. Maraqlıdır ki, yığmamız qələbə qolunu ümummilli lider oyunu izlədiyi dəqiqələrdə vurub.

Heydər Əliyevin şəxsən görüşdüyü futbolçu isə “Qarabağ”ın və Azərbaycan millisinin yarımmüdafiəçisi Qara Qarayevdir. Daha doğrusu, hadisə Qara uşaq olarkən - 1997-ci ildə baş verib.


Təsadüfi görüş Heydər Əliyevin Pakistan prezidenti Sərdar Əhməd Xanla məcburi köçkünlərin Yasamal rayonunda məskunlaşdığı yataqxanaya səfəri zamanı baş tutub. O vaxt 5 yaşı olan Qarayev prezidentə gül aparıb. Onu qucağına götürən H.Əliyev gələcəyin futbolçusuna uğurlar arzulayıb və üzündən öpüb. İnternetdə həmin anları özündə əks etdirən videogörüntülər də var.

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

25 İyul 2026
23:32

Ronaldu Brunu Fernandeşin "Əl-Nəsr"ə transferini istəyir

22:52

"Real Madrid"in 100 milyonluq təklifini geri çevirdilər

22:12

Canni İnfantino şok karbon göstəricisi ilə gündəmə gəldi

21:53

Avropa Cüdo Ümidləri Turnirində U-14 yaş kateqoriyasında ilk mükafatçılar bilindi

21:16

Kamilo Duran "Milan"a qarşı şou göstərdi

20:40

Azərbaycanın dörd hakimi güləş üzrə dünya çempionatına təyinat aldı

20:13

Azərbaycan futzal komandası Avropa Universitet Oyunlarında ikinci olub

19:43

Azərbaycanın boks milliləri Türkiyəyə yollanıblar

19:11

Azərbaycanın U-18 basketbol millisi ilk qrup qələbəsini qazanıb

18:48

Qazax şəhərində velosiped üzrə Federasiya Kuboku keçirilib

18:07

Qazaxda ilk dəfə avarçəkmə tədbiri təşkil olunub - FOTOLAR

17:44

Holand Donnarummanın toyunda qonaqları belə əyləndirdi - VİDEO

17:07

Azərbaycan milliləri Minsk turnirində iştirak edəcək

16:53

Özbək futbolçu daha 5 il "Mançester Siti"də oynayacaq

16:05

David Nunyes Türkiyə yolunda - Razılığa gəlindi

15:01

"Araz-Naxçıvan"ın ev oyunlarını keçirəcəyi stadion bilindi - PFL rəsmisi açıqladı

14:31

"Kəpəz" "Araz-Naxçıvan"ın kapitanı ilə anlaşdı - VİDEO

14:00

İspaniya nəhəngi PSJ-nin oyunçusu ilə gücləndi - RƏSMİ

13:30

İlqar Nadiri bu klubu alıb Gəncəyə köçürür - AÇIQLAMA

12:58

ÇL: "Neftçi" PAOK ilə final matçına çıxır

12:20

"Qalatasaray" “Fənərbağça”nın istədiyi ulduza elçi düşdü - SON DURUM

11:50

Bakıda Avropa Cüdo Ümidləri Turniri start götürdü

11:06

Almanlar "Real Madrid"in 100 milyon avroluq təklifini geri çevirdilər

10:34

Gənclər və İdman Nazirliyinin 32 illiyinə həsr olunmuş avarçəkmə ilə tanışlıq sessiyası keçirilib

09:48

"Barselona"da şok itki: Ulduz futbolçu ili erkən başa vurdu

09:00

İtaliya millisinin yeni baş məşqçisi bilindi - SON DURUM

24 İyul 2026
23:51

"Qalatasaray" İtaliya klubuna məğlub oldu

23:32

"Çelsi" Maksans Lakrua transferini tamamladı: 60 milyon avro

22:42

“İmişli” - “Araz-Naxçıvan” oyununda heç-heçə

22:14

Ceyhun Nuriyev "Araz-Naxçıvan"da

21:50

"Liverpul" Vinisius Junioru transfer etmək niyyətindədir

21:14

"Arsenal" Bruno Gimarayeşlə şəxsi şərtlərdə razılıq əldə etdi

20:48

Karlo Ançelotti İtaliya milli komandasını rədd etdi

20:12

"Daha bir legioner transferi gözlənilir" - Azər Bağırov

19:42

Nikolas Otamendi Argentina milli komandasından getdi

19:12

"Liverpul" Niko Uilyams uğrunda mübarizəyə qoşuldu

18:41

Kriştianu Ronaldu getdikdən sonra Portuqaliya gəlir itkisi ilə üzləşəcək

18:03

"Sabah" KL-in kandarında, "Zirə"nin də işi bitməyib

17:42

Ronaldu karyerasını bitirir

17:23

"Xankəndi" yeni hücumçusunu açıqladı

Facebookdan bizi izləməyi unutmayın.
X