"Şamaxı"nın çalışdırıcısı Cavid Hüseynov gələcək karyerası ilə bağlı qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycan millisinin sabiq futbolçusu bölgə təmsilçisi elitada qalsa belə, postunu tərk edəcək.
Hüseynovun fəaliyyətini harada davam etdirəcəyinə gəlincə, hazırda "Qəbələ" və "Səbail" variantları mövcuddur.
Qeyd edək ki, Cavid Hüseynovun Pro kateqoriyası olmadığı üçün "Şamaxı"nın oyunsonrası mətbuat konfranslarına yalnız digər çalışdırıcı - Vüqar Əsgərli qatılır.
Nihat