11:13 27.05.2023 1426

Şeydayev Tailanda getsə... - Bir seçimə sözardı

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

"Qarabağ"la müqavilə yeniləməyə həvəs göstərmədiyi qışdan bəri söhbət mövzusu olan Ramil Şeydayevin indiyədək fikrini dəyişməyib.

Bir neçə təklifi olan 27 yaşlı hücumçunun Tailanda - "Buriram Yunayted" klubuna üz tutmağı planlaşdırdığı isə daha real görünür. Düzdür, hazırda nə "Buriram Yunayted" Ramillə müqavilə bağladığını açıqlayıb, nə özü "anlaşmışıq" deyib, nə də "Qarabağ" onunla vidalaşıb. Ancaq hər şey buna aparır. Bəs görəsən, Azərbaycan millisinin əsas futbolçularından birinin Asiya ölkəsində top qovmağa qərar verməsi ümumi planda nə vəd edir? Ramilin seçimi doğrudurmu?

O, "Qarabağ"da indiki səviyyəsinə çatıb

Sözügedən futbolçunun "Zenit"in yetirməsi olduğu, hələ Azərbaycan yığmasına cəlb edilməmiş Rusiyanın U-17 millisi ilə Avropa çempionatının qızıl medallarını boynundan asdığı faktdır. İstər Slovakiyanın "Jilina", istər Türkiyənin "Trabzonspor", istərsə də Rusiyanın "Krılya Sovetov" və "Dinamo" (Moskva) klublarında oynadığı dönəmdə indiki səviyyəsindən uzaq olan ön xətt oyunçusu heç "Sabah"da da özünü göstərə bilməmişdi. Ölkənin ən güclüsü statusuna çoxdan sahib çıxmış "Qarabağ"dakı performansına görə, şübhəsiz, hər şeydən öncə baş məşqçi Qurban Qurbanova borcludur.  O, 2016-2018-ci illər aralığında məxsus olduğu və cəmi 1 dəfə forması ilə rəsmi matç keçirdiyi Trabzon təmsilçisində çıxış etdiyi dönəmdə "Qarabağ"a icarəyə verilmiş və ağdamlıların düşərgəsindəki ab-havanı görmək imkanı qazanmışdı. 2021-ci ildə verdiyi qərar sayəsində "dirilən", Qurbanovun oyun sisteminə uyğunlaşdırılaraq toparlanan Şeydayevin cari mövsüm ortaya qoyduğu futbol ona çəkilən böyük əziyyətin nəticəsidir. Başqa sözlə, "Qarabağ" onu ayaqda saxlayan, futbol müstəvisindən silinməsinə izn verməyən camiədir. 

Tailand çemionatı daha rəqabətli olsa belə...

Bu gün Ramilin aqibətinin necə olacağını diqqətdə saxlayan yerli futbol ictimaiyyətini düşündürən əsas məqamlardan biri də Tailand çempionatının səviyyəsidir. Heç kəsə sirr deyil ki, Tailand Avropadan qat-qat zəif Asiya futbolunda xüsusi çəkisi ilə seçilənlərdən deyil. Yəni hər şey yayılan informasiyada olduğu kimidirsə, Şeydayevə illik 1 milyon manatdan çox maaş ödəyəcək "Buriram Yunayted" idman prinsipləri prizmasından yalnız "pul sandığı" sayıla bilər. Hətta Tailand çempionatı rəqabət səviyyəsi baxımından Azərbaycan Premyer Liqasından  öndə olsa belə, bu, Şeydayevin seçiminə haqq qazandıra bilməz. Daha da konkretləşdirsək, millinin futbolçusu ən yaxşı forma yığdığı, APL-də vurduğu 22 qolla bombardirliyə çox yaxın olduğu vaxtda peşəkar karyerasını daha çox pula dəyişsə, ictimai qınaq obyektinə çevriləcək. Çempionluğu vaxtından əvvəl qazanmış "köhlən atlar"ın sıralarında Çempionlar Liqasında yeni macəralar yaşamaq, dünyanın bir nömrəli klub turnirində adından söz etdirmək əvəzinə, maddi gəliri hər şeydən üstün tutan birinin azarkeşlərin gözündən düşəcəyi zərrə qədər şübhə doğurmur. 

Millinin baş məqşçisi nə deyir?

Əlbəttə, Ramil Azərbaycan yığmasının əsas qol ümidlərindəndir. İndiyədək 52 dəfə əsas yığmanın formasını geyinən forvard 9 dəfə rəqib qapılarına yol tapıb. Hamının onun Avropanın daha rəqabətli çempionatlarından birinə üz tutacağını, ölkəsini "köhnə qitə"də həvəslə təmsil edəcəyini gözlədiyi vaxtda ortaya çıxan informasiyadan Samir Əliyev də xəbərdardır. Ölkənin ən istedadlı futbolçularından sayılan, hazırda 21 yaşadək futbolçulardan ibarət seçməni çalışdıran Əliyevin bu barədə Fanat.Az-a açıqlaması belə oldu:

"Ramil "Buriram Yunayted"lə razılığa gəlibsə, yəqin ki, düşünərək qərar verib. İnformasiya yayılandan biz də öz aramızda vəziyyəti müzakirə edirik. Əlbəttə, ortada maddi şərtlər var. Amma hazırda Tailand çempionatının hansı vəziyyətdə olduğunu bilmirik. Bu ölkəyə üz tutacaqsa, millinin oyunlarına nə dərəcədə hazır gələcəyi sual altındadır. Məncə, Avropada qalması daha yaxşı olardı. Tutaq ki, "Ferentsvaroş"da və ya hansısa İsrail klubunda oynaması millinin oyunlarına hazır gəlməsi baxımından bizə üstünlük qazandıradı. Yəni Şeydayev Tailanda 30 yaşından sonra da gedə bilərdi. İstənilən halda, bu, onun öz şəxsi seçimidir"

Nihat Ağasoy

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 İyun 2026
03:14

İspaniya La Liqasının ikinci bombardiri İstanbul nəhənginə keçir - MƏBLƏĞ

02:41

"Real Madrid"in ulduzu "Fənərbağça"da?

02:28

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

02:21

Joze Mourinyu "Real Madrid"də - RƏSMİ

01:49

"Qalatasaray"ın 15 milyon avro maaş ödəyəcəyi ulduz kimdir?

01:18

"Maltaya məğlubiyyətdən sonra qalib gəlmək niyyətində idik" - Ayxan Abbasov

00:48

"Real Madrid" onu almaq üçün 500 milyon ödəməlidir?

00:09

"Sabah" heyətini gücləndirdi - RƏSMİ

09 İyun 2026
23:54

Azərbaycan millisi San Marinonu məğlub etdi

23:05

Sumqayıtda 390 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verdi

22:51

"Qarabağ"ın gənc istedadı milliyə qələbə qazandırdı

22:30

Mourinyu onu "Real"a gətirir

22:08

Azərbaycanın U-21 millisi yoxlama matçında Qırğızıstana məğlub olub

21:43

Premyer Liqa nəhəngləri arasında 70 milyonluq savaş

21:18

"Qarabağ" yenidən "Ferentsvaroş"la qarşılaşacaq

20:39

"Yuventus" Kenan Yıldızla bağlı qərarını verdi

20:19

Şəhriyar Əliyev "Turan Tovuz"dan ayrıldı

19:47

"Mançester Yunayted"dən qapıçı həmləsi

19:13

Azərbaycanın güləş hakimləri dünya çempionatında

18:34

Azərbaycanın U-17 yığması Qazaxıstana məğlub oldu

18:16

Aişə Muradova Azərbaycan birinciliyində uğurlu çıxışı ilə yadda qalıb

17:46

Türkiyənin Super Liqa təmsilçisi baş məşqçisi ilə yolları ayırdı

17:31

"Şəfa" 3 oyunçusu ilə müqavilə yeniləmədi - RƏSMİ

17:11

Azərbaycanı Dünya Millətlər Kubokunda bu boksçular təmsil edəcək

16:54

Millidə huşunu itirən Eriksenin son vəziyyəti nə yerdədir?

16:36

Arteta "Arsenal" rəhbərliyindən "Real Madrid"in ulduzunun heyətə qatılmasını xahiş etdi

16:17

İspaniya millisinin hücumçusu sıradan çıxdı

15:58

"Şamaxı" yeni hücumçu ilə gücləndi

15:39

"Karvan-Yevlax"da parlayan Rüstəmli yeni mövsümə ÇL-də oynayan klubda başlayacaq

15:21

Argentinalı dünya çempionu İngiltərə nəhənginə satılır - SON DURUM

15:03

Elvin Camalovun yeni klubu bilindi

14:45

Azərbaycan millisinin hücumçusu Madridə yollandı

14:26

İspaniya mundiala inamlı qələbə ilə başlayır - VİDEO

14:08

"Fransa yarımfinala çıxsa..." - Mbappe "xoruzlar"ın hədəfini bəyan etdi

13:49

"Neftçi"ni daha bir futbolçunun tərk edəcəyi dəqiqləşdi

13:31

Mourinyunun təqdimat mərasiminin vaxtı bilindi

13:10

Mbappe yenə susdu, Fransa ABŞ-yə inamlı qələbə ilə yollandı - VİDEO

12:51

Bəhlul Mustafazadə Çindən elə şəkillər paylaşdı ki...

12:29

Niderland Özbəkistanı məğlub etdi, amma qapıçısını itirdi

12:04

"Arsenal" Zəfər İqballa yollarını ayırdı

Facebookdan bizi izləməyi unutmayın.
X