"Turan Tovuz" Azərbaycan millisinin futbolçusu Sərtan Taşkını heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, 26 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Təcrübəli oyunçunun son klubu "Zirə" olub. Ötən mövsümün sonunda "qartallar"dan ayrılan Taşkın daha əvvəl "Keşlə" (indiki “Şamaxı”) və "Sumqayıt"ın da formasını geyinib.