22:15 01.09.2023 652

“Sabah” hamı üçün əsas motivasiya mənbəyidir” – Murad Musayev

“Sabah”ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 5-ci turunun "Turan Tovuz"la oyunundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, 0:3 hesablı məğlubiyyəti belə şərh edib:

“Demək olar ki, iki standart vəziyyət oyunun taleyini həll etdi. Standartlarda səhv etdik və rəqib fərqləndi. Oyuna daha çox nəzarət edən tərəf olsaq da, təhlükəli yerlərdə top qəbul edə bilmirdik. Nəticədən məmmun deyilik, işləməyə davam edəcəyik. Özümüzə gəlmək üçün nə qədər vaxt lazım olduğunu deyə bilmirəm. Bəli, bizə pauza lazımdır. Xeyri olacaq. Nələrsə səhv etmişiksə, təhlil edəcəyik. Ola bilər ki, 1-2 transfer edilsin. Milliyə gedənlərdən sonra 10-12 nəfərlə nələrisə düzəltməyə, yaxşılaşdırmağa çalışacağıq.

"Turan Tovuz" çox sərt oynayırdı. Bu gün başqa cür oynaya bilməzdik. İndi kimisə günahlandırmaq doğru olmazdı. Yusif İmanov ötən mövsümü yaxşı keçirib. Gəncdir. Uduzanda mən baş məşqçi başda olmaqla hamımız uduzuruq. Hamımız səhv edirik.

Mikelsin gedişi bizim üçün gözlənilməz idi. Bu, mövsümün gedişində baş verdi. Biz də buna hazır deyildik. Həmin mövqeyə heç kimi götürmədik. Ötən mövsüm yaxşı anlaşma var idi. Biz onun yerinə nominal yarımmüdafiəçi oynadırıq. Transfer gözləyirik. Eyni profilli cinah futbolçusu aldıqdan sonra ola bilər ki, düzəlsin. Bu gün rəqib müdafiəsi arxasına açılmalar az idi. Asmalar vaxtı cərimə meydançasının içərisində kəskinlik, aqressivlik yox idi. Bunun üzərində işləmək lazımdır. "Sabah"a qarşı hamı elə oynayır ki, sanki həyatlarının ən vacib oyunlarıdır. "Turan Tovuz"un ötən turdakı oyunu ilə bugünkü matçını müqayisə edin. Ölməyə hazır idilər. Bütün rəqiblər bizə qarşı belə oynayır. Nəyə görəsə, "Sabah" hamı üçün əsas motivasiya mənbəyidir. Amma heç nə olmaz, sakitləşmək lazımdır. Yalnız işləməklə bunun öhdəsindən gələ bilərik.

Ayaz Quliyev hələ forma yığmalıdır. O, çoxdandır ki, oynamır. İstəyirik ki, iki-üç il əvvəl parlaq çıxış edən Ayazı geri qaytaraq. Çox yüksək səviyyədə idi. O, bura gələndə motivasiyası yüksək idi, bura gəlməyi çox istəyirdi, komandamıza qoşulmaq niyyətindəydi. Milli komandalara görə verilən fasilədə işləyəcəyik. Çalışacağıq ki, fiziki durumunu yaxşı vəziyyətə gətirək. İnanıram ki, bizə kömək edəcək”.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

24 İyul 2026
02:04

KL: Komandası qələbə qazandı, Mahir isə...

01:11

AL: "Beşiktaş"dan minimal hesablı qələbə

00:10

Azərbaycanlı döyüşçüdən növbəti parlaq qələbə

23 İyul 2026
23:15

"Bakıda qələbə qazanaraq mərhələni keçmək istəyirik" - Rəşad Sadıqov

22:50

Qurban Qurbanov ÇSKA ilə matçdan sonra nə danışdı?

22:29

"Biz bura qələbə ümidi ilə gəlmişdik" - Xristo Yane

21:55

AL: "Qarabağ" ÇSKA ilə heç-heçəyə razılaşdı

21:50

KL: "Zirə" Estoniya təmsilçisinə məğlub oldu

21:18

Mbappe Maykl Oliseni "Real Madrid"ə keçməyə razı saldı

20:56

Dünya çempionatında danışılmış oyun skandalı

20:16

İspaniya Futbol Federasiyası Luis de la Fuente ilə müqaviləni uzadır

19:42

Açıq Bakı çempionatında 100-ə yaxın avarçəkən mübarizə aparacaq

19:04

Azərbaycanın futzal komandası yarımfinalda

18:44

Azərbaycan Premyer Liqası və Kubokunun tam təqvimi açıqlandı

18:03

"Real" yeni səfər formalarını təqdim etdi

17:38

"Palms Sports Arena"dakı nokdauna sözardı

17:20

"Barselona" "Borussiya"nın vingerini rənglərinə bağladı

17:02

Vüqar Nadirov Almaniya komandasının baş məşqçisi olacaq - AÇIQLAMA

16:42

"Estoniyada ehtiyatı əldən vermək olmaz"

16:25

"Araz-Naxçıvan" nə Bakıda oynayacaq, nə də Sumqayıtda - Dəqiqləşdi

16:06

"Qarabağ"ın AL-in Liqa mərhələsinə düşəcəyinə şübhə etmirəm" - Ağasəlim Mircavadov

15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

Facebookdan bizi izləməyi unutmayın.
X