Birinci Liqanın ilk turunda "Şamaxı" səfərdə "Qaradağ Lökbatan"la 1:1 hesablı heç-heçəyə razılaşdı. "Aslanlar"ın baş məşqçi Vüqar Əsgərli ilə əlaqə saxlayıb oyunla bağlı fikirlərini soruşduq.
Əsgərlinin Fanat.Az-a açıqlaması belə oldu:
"Oyunun çətin keçəcəyi öncədən bəlli idi. Bu komanda Birinci Liqada həmişə iddialılardan biridir. Bir neçə qol epizodu yaratsaq da, təəssüf ki, yalnız birini dəyərləndirə bildik. İlk qolu biz vurduq, amma qələbə hesabını qoruya bilmədik. Hər oyuna qələbə üçün çıxırıq. Növbəti turda qarşılaşacağımız "Araz Saatlı" ilə görüşdə yalnız qələbəni hədəfləyəcəyik".
Nahid Məmmədov