12:20 17.12.2023 405

"Bilmirik hansı qüvvədir, hansı təşkilatlanmadır" - Ehtiram Quliyev 

Misli Premyer Liqasının 17-ci turunda “Turan Tovuz” öz meydanında "Zirə"ni 1:0 hesabı ilə üstələyib. Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyev "boz qurdlar"ın qələbəsi ilə yekunlaşan qarşılaşmadan sonra jurnalistlər önünə çıxıb.

Fanat.Az-ın əməkdaşının da qatıldığı sual-cavab belə alınıb:

- Oyunla bağlı nə deyə bilərsiniz?

- Oyunla bağlı mənim fikir bildirməyim doğru olmaz. Azarkeş olaraq deyə bilərəm ki, gözəl oyun oldu. Hər iki tərəf qələbəyə layiq idi. Qismət bizdən yana oldu və qalib gəldik.

- Oyundan sonra birbaşa paltardəyişmə otağına getdiz. Futbolçulara hansı sözləri dediniz?

- Onları təbrik etdim. Yaxşı oyun göstərirdik, sadəcə nəticə gəlmirdi. Hər zaman futbolçuların yanında olurduq. Bildirirdik ki, səbrli olun, əvvəl-axır nəticə gələcək. Göstərdikləri əzmə görə oyunçulara təşəkkür etdim.

- Komandaya mükafat veriləcək?

- Təbii ki.

- Nə qədər sirr deyilsə?

- Bu, bizim daxili məsələmiz olaraq qalsın. Amma yaxşı bir mükafat vəd etdik.

- Tərəfdarların bəzən göstərdiyi dözümsüzlük sizə mənfi enerji ötürmür?

- Xeyr.

- Azərbaycan milli komandasında yerli, yoxsa əcnəbi baş məşqçinin olmağının tərəfdarısız?

- Təbii ki, yerli.

- Namizədiniz var?

- Yox.

- Ayxan Abbasovun adı bəzən milli ilə hallanır...

- Ayxan müəllimdən biz çox razıyıq. Onunla davam etməyi düşünürük. Amma bizim belə yanaşmamız var, milli dava gələrsə, axan sular durar. Ayxan Abbasovun namizədliyi olarsa, biz onu buraxmağa hazırıq. Onunla 3 illik müqaviləmiz var. Hansısa klubdan təklif gəlsə, buraxmarıq. Amma milli olunca heç bir əlavə şərt irəli sürmədən gedişinə razı olarıq.

- Qarşıda qış fasiləsi gəlir. Transferlərlə bağlı baş məşqçi ilə söhbətiniz olub?

- Əlbəttə dəstək göstərəcəyik. Qış transfer pəncərəsində seçim imkanları məhdud olur. Amma təkliflər göndərəcəyik.

- Mövsümün əvvəlində baş məşqçiniz bildirdi ki, hədəfimiz Premyer Liqada qalmaqdır. Bəzi oyunlarda hakimlərin "Turan Tovuz"a qarşı yanlış qərarları olub. Düşünmürsüz ki, bu açıqlama referiləri arxayınlaşdırıb?

- Xeyr, elə düşünmürəm. Hakimlərdən narazıyam. Tək mən yox, azarkeşlərimiz, futbol ictimaiyyəti, Premyer Liqaya baxan hər kəs bunu görür. Çempionatda ikinci ən çox qol vuran komandayıq. Amma nədənsə 11 metrlik cərimə zərbəsi ala bilmirik. Rəqibin cərimə meydançasında oynayırıq. Bizə qarşı haqsızlıqlar olur. Səbəbini mən də bilmirəm. Bəlkə hansısa qüvvələr əsəbimizi korlayıb ciddi bəyanat verməyimizi, futboldan çəkilməyimizi istəyir? Bəlkə bunu AFFA-ya qarşı "kozur" olaraq istifadə edəcəklər. Bilmirik hansı qüvvədir, hansı təşkilatlanmadır. Əlimdə fakt olmadan danışmağım doğru olmaz. Mən azarkeş olaraq deyirəm. Hər kəs oyunlarımızı görür.

- Əgər kimlərinsə niyyət sizi futboldan uzaqlaşdırmaqdırsa, bunun arxasınca getməklərinə dəyər?

- Əlbəttə ki, dəyməz.

- Sizcə, bu qərəzdir, yoxsa hakim səhvləri?

- Ümid edirəm ki, hakim səhvləridir. Amma periodikdir. Bir oyun səhvlər olur, bir oyun olmur, sonra yenidən olur. Artıq bu düstura öyrəşmişik.

- Hakimlər Komitəsinin rəhbəri Barış Şimşəklə görüşməyi planlaşdırırsız?

- Görüşmüşük. Mətbuata elan etməyimizə ehtiyac yox idi.

- Görüşdən razı qaldınız?

- Xeyr, qalmadım. PFL əməkdaşları ağır qəzaya düşdü. Onlara Allahdan şəfa diləyirəm. Ona görə də hazırda bu haqda danışmaq düzgün olmaz. Vacib olan insan sağlamlığıdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X