10:00 27.01.2024 1468

"Yenə sonuncu yeri tutan komanda elitanı tərk edəcək" - Sərxan Hacıyev

Ötən gün Tovuzda Premyer Liqanın 20-ci turunun açılış matçını stadiondan izləyənlər arasında AFFA-nın baş katibi Sərxan Hacıyev də vardı. 

Fanat.Az xəbər verir ki, assosiasiya rəsmisi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. 

- Tovuza səfərinizdə hansısa özəl səbəb var idimi? 
- Konkret bir səbəb yoxdur. Bu mövsüm artıq ikinci dəfədir ki, "Turan Tovuz"un matçına gəlirik.Turun əsas oyunlarından biri idi. Buna görə də qərara gəldik ki, Tovuza səfər edək.

- "Turan Tovuz" rəhbərliyinin bu mövsüm əsas narazılığı hakimlərlə bağlıdır. Bu səpkidə rəhbərliklə hansısa müzakirəniz oldumu?
 - Əlbəttə, müxtəlif oyunlarla bağlı müzakirələr aparılıb. Bundan öncəki oyunda hakimliklə bağlı narazılıq olmuşdu. Klub rəhbərliyi ilə danışmışdıq. Ehtiram müəllimlə müəyyən müzakirəmiz olmişdu. Bu gün də müəyyən söhbətimiz oldu. Əlbəttə, hakim səhvləri olanda bu, bizi məyus edir. Çalışmalıyıq ki, belə halların qarşısı alınsın. Bununla bağlı aidiyyati komitə iş aparır.

- Bu mövsüm hakimlərdən narazılıq çoxdur. Siz hakimlərin işindən razısız? 
- Ümumi olaraq onu qeyd etməliyəm ki, VAR sistemi özünü doğruldub. Müşahidə edirik ki, bir çox qərarlar doğru istiqamətə dəyişib. Amma bu mövsüm onun da şahidi olmuşuq ki, qərarlar ya inplitiasiya olunur, ya düzgün verilmir. Bu hallar bizi məyus edir. Aidiyyətı komitə ilə bu yöndə işlər aparırıq ki, gələcəkdə bu cür səhvlərin sayı az olsun. 

- Gəncə akademiyası ilə bağlı səfər planlaşdırılırdı. Lakin sonda təxirə salındı. Tədbir nə vaxta planlaşdırılır?
 - Məlum olduğu kimi, Gəncə səfəri zamanı həm baza ilə tanışlıq, həm də İcraiyyə Komitəsinin iclası planlaşdırılırdı. Belə nəzərdə tutulub ki, fevral ayının ilk günlərində bu səfər reallaşsın. Hazırda dəqiq tarix bəlli deyil.

- Milli komandanın baş məşqçi postu ilə bağlı mövzu hər kəsi narahat edir. Namizədlər arasında yerli və ya əcnəbi mütəxəssislər varmı? Federasiya olaraq kimləsə danışıq aparmısızmı? 
- Hazırda AFFA tərəfindən heç bir mütəxəssisə təklif göndərilməyib. Biz də müşahidə edirik ki, bəzi mütəxəssislər özləri açıqlamalar verirlər, onlarla danışıq apardığımızı qeyd edirlər. Lakin rəsmi olaraq bildirmək istəyirəm ki, heç bir xarici və yerli mütəxəssislə danışıqlar aparılmayıb. Bundan öncə də qeyd etdiyim kimi, işçi qrupu mövcuddur. Tərkibi də bəllidir. Hansısa konkret namizəd ətrafında müzakirə aparılmayıb. Baş məşqçinin hansı kriteriyalar üzərində seçiləcəyi ilə bağlı müzakirələr aparılır.

- İşçi qrupu tərəfindən hansısa baş məşqçi təklif edilibmi? 
- Hazırda konkret ad müzakirə olunmayıb.

- Danışılmış oyunlarla bağlı müxtəlif klubların adları çəkilir. Bir dəfə də qeyd etmişdiz ki, danışılmış matçlarla bağlı araşdırmalar aparılır. Amma bu araşdırmalar ictimaiyyətə açıqlanmadı. Bununla bağlı fikirlərinizi nədir?
- Onu təsdiqləyə bilərəm ki, dekabr ayının sonlarında bu məsələ ilə bağlı açıqlama vermişdim. Bəli, müəyyən açıq araşdırmalar var. Məhz bu mövsümə aid məsələlər var. Araşdırmalar təkcə AFFA tərəfindən aparılmır. Aidiyyətı qurumlarla birgə işlər görülür. Hazırda məqsədəuyğun olmadığına görə açıqlanmır. Zamanı gələndə açıqlamalar olacaq.

- Araşdırmada Premyer Liqa klubları da varmı?
 - Xeyr, Premyer Liqa klubları yoxdur.

- Prezident seçkiləri ilə bağlı nə deyə bilərsiniz? Nə vaxta planlaşdırılır?
 - Məlum olduğu kimi, prezident seçkiləri konfrans vaxtı keçiriləcək. Konfrans vaxtının dəqiq tarixi isə növbəti İcraiyyə Komitəsinin iclası zamanı təyin olunacaq. Hansı ki, həmin iclasın Gəncə şəhərində küçirilməsi nəzərədə tutulurdu. Həmin iclas növbəti günlərdə və ya həftələrdə keçiriləcək. Həmin iclasda konfransın tarixi bəlli olacaq.

- İcraiyyə Komitəsinin iclası fevral ayının hansı tarixinə təsadüf edə bilər?
 - Ola bilsin fevral ayının birinci və ya ikinci həftəsi olsun. 

- Müxtəlif yaş qrupları üzrə yığmaların da "sükan"ı  boşdur. 
 - İcraiyyə Komitəsinin iclası yubandığına görə belə qərar oldu ki, daxili əmrlə müəyyən yaş qruplarına eyni tərkibdə məşqçi müqavilələri iki aylıq uzadılsın. Bu məsələyə növbəti İcraiyyə Komitənin iclasında baxılması qərara alınıb.

- Bəs əsas millinin baş məşqçisinin təyinatının aşağı yaş qruplarında məşqçi təyinatı ola bilərmi ?
 - Xeyr, aşağı yaş qruplarının əsas yığmaya aidiyyatı yoxdur.

- Son günlər mətbuatda yayılan məlumatlara görə, Premyer Liqa komandalarının sayının artması planlaşdırılır. Buna münasibətiniz necədir? 
- Klub sayının artırılması müzakirə mövzusu deyil.

- Bəs sonuncu yeri tutan komanda Premyer Liqanı tərk edəcək?
- Bəli, idman prinsipi yenə qorunacaq və sonuncu yeri tutan komanda çempionatı tərk edəcək.
- Legioner limitinin ləğvi ilə  bağlı sizə müraciət olunubmu ? Və sizin buna münasibətiniz necədir?
- Hazırda bununla bağlı konkret təklif gəlməyib. Bu elə bir məsələdir ki, ilk öncə Klublar Komitəsində müzakirə olunmalıdır. Yaxın günlərdə Klublar Komitəsinin iclası gözlənilir. Hansısa klub tərəfindən komitədə bu fikir səsləndirilsə və müzakirəyə çıxarılsa, sonrakı mərhələdə AFFA rəhbərliyi və İcraiyyə Komitəsi buna baxacaq.

-N övbəti mövsümdən klublara maliyyə yardımının artırılması gözlənilirmi?
- Dövlət proqramı ilə bağlı yardımı nəzərdə tutursunuzsa, xeyr, əlavə yardım gözlənilmir. 

- Vergi artmının 5 faizdən 20-yə qaldırılması klubların büdcəsinə təsir edəcək. Bu, nəzərə alınacaqmı?
 - Razıyıq. Əlbəttə, bu qərar klubların büdcəsinə təsir edir. Amma bu, dövlət qanunudur. Əlavə vəsaitin ödənilməsi gündəmdə deyil.

- AFFA-ya prezident seçkisinə namizəd olan şəxslər varmı?
 - Hazırda yoxdur. Prosedur belədir ki, konfransın günü bəlli olduqdan sonra on beş gün ərzində hər bir federasiyaya konfransın gündəliyi ilə bağlı məlumat göndərilir. Prezident seçkiləri ilə də bağlı məlumat göndərilir. Üzvlər tərəfindən də on gün konfransa qalmış namizədlər irəli sürülür. Faktiki olaraq üzvlərin beş gün vaxtı olur ki, katibliyə prezident seçkiləri ilə bağlı namizədlikləri ilə bağlı məlumat versinlər. 

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X