20:25 28.01.2024 520

“İş adamlarına səslənirəm ki, “Kəpəz”i tək qoymasınlar”

"Kəpəz"in İdarə Heyətinin üzvü, millət vəkili Müşfiq Cəfərov klub saytına müsahibə verib.

Fanat.Az həmin müsahibəni təqdim edir: 

 

 - “Kəpəz”in çempionatda sponsorsuz mübarizə aparması klubu digərlərindən fərqləndirir. Bilirik ki, əlavə maliyyə dəstəyinin tapılması ilə bağlı işlərdə siz də iştirak edirsiz. Amma hələlik müsbət nəticə yoxdur. Axtarışlardan nə gözləyirsiz?

 

- Bu gün “Kəpəz”in ən böyük problemi maliyyə ilə bağlıdır. Bütün komandalara dövlət tərəfindən müəyyən vəsait ayrılır. Bizim klubdan başqa bütün klubların həm də sponsoru var. Sponsordan gələn vəsait hesabına klublar saxlanılır. Yalnız “Kəpəz” sponsoru olmadan fəaliyyət göstərir ki, bu da çətinliklər yaradır. Çempionatda qalmaq üçün daha güclü oyunçulara, əlavə vəsaitə ehtiyac var. Keçən mövsümkü liqa ilə indiki arasında böyük fərq var, rəqabət aparmaq çətinləşib. Təbii ki, bu baxımdan da əlavə maliyyə dəstəyi olmadan çıxış etmək olduqca çətindir. Mən də klub rəhbərliyində təmsil olunan bir şəxs, millət vəkili kimi bu işlərə, axtarışlara cəlb olunmuşam. Gəncədə və Bakıda bir çox iş adamları, şirkət rəhbərləri ilə görüşmüşük. Təəssüflər olsun ki, hələlik bir nəticə yoxdur. Gəncənin özündə kifayət qədər imkanlı iş adamları, sahibkarlar var. Habelə Gəncədən olub Bakıda və ya ölkə xaricində yaşayan biznesmenlər var. Elə buradan iş adamlarına səslənirəm ki, “Kəpəz”i tək qoymasınlar. Bu klub hər birimiz üçün doğmadır. Komanda 2016-cı ildə avroliqaya vəsiqə qazananda hamımız çox sevindik. İndi də eyni hisləri yaşamaq üçün çalışmalıyıq. Bunun üçün kluba sponsor lazımdır. İstəyirik ki, bu yolda iş adamları dəstəklərini əsirgəməsinlər. Bu yöndə hər hansı bir təkliflə çıxış etmək istəyən şəxslər varsa, onlarla görüşməyə hazırıq. Gəlsinlər, bir yerdə müzakirə edək, təklifləri dinləyək. Biz tərəfdən nə lazımdırsa, etməyə hazırıq.  

 

- Klubumuzun stadion ilə bağlı ev oyunlarını Gəncədən kənarda keçirməsi xeyrimizə olmayan daha bir məqamdır. Amma bu problem dövlət başçısının müvafiq sərəncamı ilə həll olunur...

 

- Onu deyim ki, 2013-cü ildə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinə rəis təyin olunduqdan sonra “Kəpəz” ilə yaxından maraqlanıb, klub ilə işləməyə başlamışam. Komanda üçün əlimdən nə gəlibsə, dəstək olmağa çalışmışam. Hər dövrün özünəməxsus problemləri olub. 2015-ci ildə “Kəpəz” elitaya çıxanda müxtəlif çətinliklər var idi. Amma çalışdıq ki, komanda liqada Gəncə adını layiqincə təmsil etsin. Çünki klubun böyük tarixi, ənənəsi var. Problemlər onda da var idi, indi də. Elə həmin dövrdə stadion ilə bağlı məsələ aktual olaraq qalırdı. Ot örtüyü sovet dövründən qalma idi. Premyer Liqa oyunları üçün tam yararlı deyildi. Maksimum çalışırdıq ki, azarkeş amilinə görə komanda ev oyunlarını Gəncədə keçirsin. Müəyyən bir vaxt keçdi, komanda yenidən tərk etdiyi elitaya döndü. Artıq ikinci mövsümdür ki, Premyer Liqada iştirak edir. Zaman-zaman müəyyən problemlər ortaya çıxır. Ot örtüyü ilə bağlı problem yarananda oyunlarımız Qəbələdə oldu. Stadionun qəzalı olması ilə bağlı vəziyyətə görə bir müddət oradan istifadəyə icazə verilmədi. Çox şükürlər olsun ki, cənab Prezident İlham Əliyev Gəncə azarkeşlərinin arzusunu reallaşdırdı. Şəhərin yeni stadionu olacaq. İnanırıq ki, yaxın vaxtlarda idman qurğusu tikilərək klubun və azarkeşlərin istifadəsinə veriləcək. Müasir arenanın olması futbola olan marağı da artıracaq. Gəncədə oyunlar azarkeş amilinə görə tam fərqli ab-havada keçirilir. Səmimi deyim ki, belə vəziyyət heç bir yerdə yoxdur. Gəncədəki oyunlar fanatlara görə Avropa stadionlarındakı oyunlar ilə müqayisə oluna bilər. Bu baxımdan da düşünürəm ki, inşa olunacaq arenanın futbolumuza yaxşı mənada böyük təsiri olacaq. Futbol akademiyası artıq hazırdır. AFFA tərəfindən ərazidə iki təbii və bir süni örtüklü meydan da salınıb. Bu gün klub bu infrastrukturdan yararlanır. Bu da tərəfimizdən yüksək qiymətləndirilir. Bu akademiya yaxın gələcəkdə Gəncə və Azərbaycan futbolu üçün böyük oyunçular yetişdirəcək.

 

- Uzun müddət klubun rəhbərliyində təmsil olunan şəxs kimi bir çox məşqçilər ilə işbirliyiniz olub. Sirr deyilsə, kiminlə işləmək daha rahat idi? 

 

- Son illərdə klubda çox məşqçi dəyişiklikləri olub. Bu mövsümün gedişində də baş məşqçi postunda əvəzləmə oldu. Mən şəxsən işlədiyim dövrdən Şahin Diniyevin, Yaşar Vahabzadənin, Azər Məmmədovun adını çəkərəm ki, komanda üçün əllərindən gələni etməyə çalışıblar. Mehriban kollektiv formalaşdırıblar. Bu sırada Adil Şükürovu da qeyd etməmək mümkün deyil. Bu futboldur, bəzən alınır, bəzən alınmır. Amma görünən odur ki, onlar klub üçün bütün işlərdə yaxşısını etməyə çalışıblar. Bu mütəxəssislərə zəhmətlərinə görə təşəkkürümü bildirirəm. Adil müəllim hazırda baş məşqçi postundadır. Çalışır ki, komanda elitanı tərk etməsin. Mən məşqçilər korpusuna inanıram. Onlar qarşıya qoyulan məqsədə çatacaqlar.

 

- Son iki mövsümdə Qəbələdə keçirilən Qərb derbilərini stadiondan izləmisiz. Hər iki halda ayağınız düşərli olub və komandamız qalib gəlib. Ümumiyyətlə, komandanın oyunu haqqında nə düşünürsüz?

 

- Komandanın bir çox oyunlarını tribunadan izləmişəm. Elə təsadüf gətirib ki, son iki ildə “Kəpəz”in ev sahibliyi etdiyi Qərb derbiləri Qəbələdə olub və hər iki oyunun canlı şahidi olmuşam. Çox şükürlər olsun ki, hər ikisində də komandamız qalib gəlib. Yaxşı bilirsiniz ki, futbolda derbi nə deməkdir. İşim ilə bağlı vaxt tapdıqca komandanın oyunlarını izləməyə gəlirəm. Tovuzda və Bakıdakı oyunlarda oluram. İdarə Heyətinin üzvü, millət vəkili olaraq komandanın yanında olmağımız vacibdir. Bu, futbolçulara stimul verir. Ayağım “Kəpəz”ə düşürsə, təbii ki, buna sevinirəm. Bundan sonra da bacardığım oyunlara gəlməyə çalışacam. Hər bir halda azarkeş kimi bizim klubun yanında olmağımız müsbət məqamdır. Onu deyə bilərəm ki, hazırda “Kəpəz” komanda oyunu nümayiş etdirir. Baxımlı oynayır. Bu da məşqçilərimizin adınadır. Meydandakı oyun, son nəticələr bizi olduqca sevindirir. 

 

- Müşfiq müəllim, millət vəkili kimi iclaslarda, tədbirlərdə olursuz. İnsanların problemləri ilə maraqlanırsız. Onları dinləyirsiz, həllinə çalışırsız. Üstəgəl, “Kəpəz”in problemləri. Bu, sizi yormur?

 

- Adamı iş yox, klub ətrafında olan söz-söhbət, dedi-qodu yorur. Hamını komandaya dəstək olmağa çağırıram. Bu gün klubun elitada qalması, irəli getməsi üçün dəstəyə, birliyə ehtiyac var. Müəyyən söz-söhbətlər heç də yaxşı hal deyil. Biz də imkan verməməliyik ki, belə şeylər olsun. Bunlara son qoymaq lazımdır. Məqsədimiz sponsorsuz olsa belə Premyer Liqada qalmaqdır. Bu vəzifəni yerinə yetirdikdən sonra inşallah, sponsor da taparaq daha böyük məqsədləri reallaşdırmağa çalışmalıyıq.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

22:32

Rəşad Sadıqov "Torpedo" üzərində qələbədən sonra belə danışdı

22:06

Qurban Qurbanov Kamilo Duranla bağlı danışdı

21:49

KL: "Zirə" darmadağına sevindi

21:09

Sabiq "Barselona"lı karyerasını Türkiyədə davam etdirməyə yaxındır

20:49

"Fənərbağça"dan 50 milyonluq tarixi müqavilə

20:16

Cəmi bir həftəyə 1 milyard avro xərcləndi

19:52

Misir - Argentina matçındakı hakim qərarları araşdırılacaq

19:22

Fransa - Mərakeş matçını 5 argentinalı idarə edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X