
Birinci Liqada mübarizə aparan "Karvan" qış hazırlığını yekunlaşdırmaq üzrədir. Yevlax təmsilçisinin vitse-prezidenti Bəhruz Musayevlə əlaqə saxlayıb bölgə komandasının hazırkı vəziyyətini öyrəndik.
Musayevin Fanat.Az-a açıqlaması belə oldu:
"Hazırlığımız davam edir. Daha öncə bir yoldaşlıq görüşümüz olub. Fevral ayının 1-də "Şamaxı" ilə sınaq oyunu planlaşdırıq. Hazırda bütün hazırlıqları Yevlax şəhər stadionunda davam etdiririk. Artıq dörd futbolçu ilə yollarımızı ayırmışıq. Ola bilsin, iki legioner oyunçu ilə də vidalaşdıq. Komandamıza qışda üç yeni oyunçu qoşulub. Bunlar Elvin Dəmirov, Emil Qasımov və Rövşən Şahmuradovdur".
Xatırladaq ki, Yevlax təmsilçisi 2023/2024 mövsümünün geridə qalan hissəsində 18 xal toplayıb və Birinci Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.
Nahid Məmmədov