Birinci Liqanın 16-cı turunda "Zaqatala" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1. Qonaq komandanın baş məşqçisi Rüstəm Məmmədovla əlaqə saxlayıb görüş barədə fikirlərini öyrəndik.
Onun Fanat.Az-a açıqlaması belə oldu :
"Bundan öncə də kubok oyununda "Şamaxı" ilə qarşılaşmışıq. Bizim oyun üslublarımız yaxındır. Cari mövsüm onlarla artıq üçüncü dəfə üz-üzə gəldik. "Şamaxı" liderlərdən biridir. Rəqibin ehtiyat qüvvəsi genişdir. Bizdə isə demək olar ki, ehtiyat qüvvə yoxdur. Ehtiyatda bir neçə cavan oyunçumuz var. Onların da gələcəyi qabaqdadır. Bizdə oyunun taleyini dəyişə biləcək bir və yaxud iki futbolçu olur. Birinci hissənin ilk 20 dəqiqəsində çətinlik çəkdik. Daha sonra öz oyunumuzu tapdıq. Uşaqlar verilən tapşırıqları yerinə yetirdilər və oyun intizamını qorudular. Onların əzmkarlığı çox xoşuma gəldi. Göstərdiyimiz oyun bizi qane etdi. Amma hesab ürəyimizcə olmadı. Reallığı qəbul etmək lazımdır ki, "Şamaxı" ilə eyni vəziyyətdə deyilik. Təkrar edirəm, ehtiyat qüvvə eyni deyil. Onlar beş əvəzetmə reallaşdırırlarsa, biz bu haqdan yalnız bir dəfə istifadə edə bilirik".
Nahid Ustaclı