Misli Premyer Liqasının XXX turunda "Kəpəz"i qonaq edəcək "Səbail" qərb təmsilçisi ilə görüşə itkilərlə çıxacaq.
Bunu Fanat.Az-a açıqlamasında paytaxt təmsilçisinin sözçüsü Rəşad Məmmədov deyib:
"Süleyman Əhmədov, David Qomis və Ağabala Ramazanov zədəli olduğu üçün "Kəpəz"ə qarşı oynamayacaq. Nir Bardea isə cəza səbəbindən komandaya kömək etməyəcək".
Qeyd edək ki, "Səbail" - "Kəpəz" qarşılaşması aprelin 14-də "ASCO Arena" baş tutacaq. Oyunun start fiti 16:30-da səslənəcək.
Mirağa