00:48 18.05.2024 637

"Bunu heç xoş qarşılamadım" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 35-ci turunda "Turan Tovuz"a 4:3 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransı keçirib.

– Futbolçularımı təbrik edirəm. Rəqib yaxşı performans göstərdilər. Azarkeşlərə təşəkkür edirəm ki, soyuqda matçı izlədilər.

– Bizim baş məşqçilər xarici səfərlərə gedir. Bu gün Azərbaycanda bir nömrəli məşqçi sizsiniz. Maraqlıdır, kimlərsə xaricdən sizin yanınızda təcrübə keçmək istəyən olub?

– Xaricdən gələnlər olub. Rusiya, Qazaxıstan, Polşa və s. Klub olaraq buna sevindik. Biz də gedirik xaricdən öyrənirik. Bizimlə də belə görüşlər keçirəndə şad oluruq. Kim nə vaxt gəlmək istəsə, qapımız onlara açıqdır. Amma özüm də axtarışdayam. Kənardan başqaları fikir bildirsə, daha yaxşı olar.

– AFFA İK-nın iclasından sonra infrastruktur problemindən söz açmışdınız. İnfrasturukturu formalaşdırmaq üçün nə qədər müddət lazımdır?

– Vaxt demək düzgün çıxmaz. Amma klublarımız böyüsə, stabil sponsorlar olsa, çox vaxt lazım deyil. Bizim bazamızın hazır vəziyyətə gəlməsinə maksimum 2 il müddət getdi. Yaxşı istək olsa və başa düşərək işə yanaşsan, vaxt çox getməz. Futbolun inkişafı üçün birinci amil infrasturuktur olmalıdır.

– Mayın 5-də klubun sosial mediasında paylaşım olmuşdu. “Tezliklə” başlığı qeyd olunurdu. Bu barədə müxtəlif müzakirələr getdi. İddialar var ki, yeni müqavilə imzalamısınız. “Qarabağ”la müqaviləniz bitib?

– Kim paylaşıb onu? (gülür) Vallah, heç birindən məlumatım yoxdur. Hələ komanda ilə 1 il müqaviləm var. Digər xəbərlərlə bağlı da məlumatım yoxdur.

– Portuqaliya mətbuatı Andradeyə təklif olduğunu yazmışdı.

– Belə məlumat yoxdur.

– Legionerlərin daha yüksək liqaya getmək istəyənlər var?

– Qərar vermək asandır. Çoxunun müqaviləsi var. Hansı oyunçu klubdan getmək istəsə, mütləq qarşılıqlı razılıq olmalıdır. Bu, mənim üçün asan olan tərəfdir. Hazırda hər hansı futbolçu ilə danışıq olmayıb. Hamı bu komandaya hörmətlə yanaşır. Ola bilər kimlərləsə danışıq olsun. Çalışacağıq ki, klub üçün faydalı olsun.

– Son iki turda əsas oyunlarda VAR hakimləri əcnəbi olacaq. Buna ehtiyac var idi?

– Bunu heç xoş qarşılamadım. Hamı öz sahəsində aktiv olmağa çalışmalıdır. Bu gün şansımız varsa ki, daha yaxşı olmalıyıq. Səhvlər olur, bilmirəm VAR nə qədər qəlizdir. Amma əgər bir insanın, hakimin işi qərar verməkdirsə və bundan narazılıq olacaqsa, hakim bu qərarı verməsə yaxşı olar. Referilərimiz yəqin ki, bundan sonra daha məsuliyyətli çalışarlar. Cavan kadrlardır. Əslində bu təcrübə digər ölkələrdə də var. Əliyar Ağayev Yunanıstana gedir. Bu yaxşıdır. Demək güvənirlər. Yerli hakimlərimiz yəqin ki, gələcək çempionat üçün kiməsə şans verməzlər. Baxmayaraq ki, hər sahədə legioner olur, amma hakimlikdə yerli olmalıdır.

– Bu işdə hakimlər günahkardırlar?

– Bəli, daha çox aktiv olmalıdırlar.

– “Bayer”ə qələbələr arzu etmişdiniz…

– Hər arzum belə həyata keçsəydi… Hər oyundan əvvəl rəqibə uğur arzulayırıq. Bu gün də rəqiblərimizə uğurlar. Belə hallar olur. Amma onlar sanki çempionluğa layiqdirlər. Öz işləri ilə məşğul olurlar. Hamısı istəkli, sadə, bacarıqlı və işgüzardır. Elə komandalar var ki, onlara qalibiyyət yaraşır. Finalda da onlara azarkeşlik edəcəyik.

– Danışıq apardığınız futbolçular var?

– Demək olar ki, hər mövqedə olan oyunçulara baxış keçiririk. Bəzən elə matereal əldə edirsən ki, ona yox deyə bilmirsən. Həm müdafiə, yarımmüdafiə və hücum xəttinə axtarış gedir. Hər zaman olduğu kimi indi də çətindir. Əsas kollektivi qoruyub saxlamaqdır. Bundan sonra bir neçə oyunçu heyətimizə qatmaq istərdik

Mənbə: futbolpress.az

 

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

Facebookdan bizi izləməyi unutmayın.
X