Birinci Liqanın sonuncu - 27-ci turu çərçivəsində "Araz Saatlı" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Görüş qonaq komandanın 1:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Matçın ardından "pambıqçılar"ın məşqçisi Şəhriyar Məmmədovla söhbətləşdik.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Gərgin mübarizə şəraitində keçən oyun izlədik. Futbolçularımın döyüşkən oyun göstərməsi qürurverici idi. Qol vurandan sonra rəqib üzərində yaratdığımız basqı bizi ikinci dəfə fərqlənməyə yaxınlaşdırsa da, bəzi epizodlarda ustalıq çatmadı. Belə oyunlarla böyümək və daha da güclənmək mümkün olur. Oyunçularıma təşəkkür edirəm. Onlarla fəxr edirəm".
Nihat