14:45 07.07.2024 3945

Bizimki "Qarabağ"dır və ya uğurun qoxusu gəlir

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

İndiyədək ölkəsinin millisini böyük turnirlərdə görə bilməyən azərbaycanlı futbolsevərlər avrokubok həyəcanının başlamasını səbirsizliklə gözləyirlər. Yığmanın hazırda davam edən Avropa çempionatı səviyyəsində yarışlarda mübarizə aparmaması adət etdiyimiz reallıq olsa da, futbolunun səviyyəsi ilə öyünə bilməyən Azərbaycanın "Qarabağ"ı var. Qitəmiqyaslı turnirlərdə sərgilədiyi cəsarətli oyun və qazandığı nəticələrlə yerli azarkeşlərin könlündə taxt quran "köhlən atlar"ın bu dəfə nəyə nail olacağı böyük maraq doğurur. Əlbəttə, son mövsümü "qızıl dubl"a başa vuran ağdamlıların 2-ci mərhələsindən mübarizəyə qatılacağı Çempionlar Liqasında hansı macəralar yaşayacağını indidən proqnozlaşdırmaq münəccimlik iddiası sayılar. Amma Qurban Qurbanovun komandasının heyətinə, hazırlıq planlarına, klubun transfer bazarındakı fəaliyyətinə nəzərən müəyyən fikirlər səsləndirmək olar.

İlk duel çətin görünmür

Yuxarıda qeyd etdiyimiz kimi, qitənin ən nüfuzlu klub turnirində mübarizəyə ikinci mərhələdən qoşulacaq Ağdam təmsilçisi "Linkoln" (Cəbəllütariq) - "Hamrun Spartans" (Malta) cütünün qalibinə rəqibdir. Təmsilçimiz ilk avrokubok matçına səfərdə çıxacaq. Çempionlar Liqasında ikinci mərhələnin görüşləri 23/24 - 30/31 iyulda keçiriləcək. 

Məntiqlə, ötən mövsüm Avropa Liqasının 1/8 finalına qədər irəliləyən və geridə qalan "futbol ili"ndə adından söz etdirən "Bayer Leverkuzen"ə çox çətin anlar yaşadaraq (2:2, 2:3) bu turnirlə vidalaşan bölgə komandası ilk dueldə ciddi çətinlik çəkməməldir. Təbii, futbolda bəzən sürpriz nəticələr də qeydə alınır, ancaq razılaşaq ki, "Qarabağ"ın bu kollektivlərin hansınasa uduzması sensasiya sayılar. Sonrakı rəqiblərin kim olacağını isə zaman göstərəcək. Bir məqam dəqiqdir ki, Qurbanovun rəhbərlik etdiyi kollektivin şəxsi reytinqi yüksəkdir və 3-cü mərhələdə də "div"lə qarşılaşmayacağı öncədən bəllidir. Başqa sözlə, yolun başlanğıcı o qədər də kələ-kötür görünmür. Necə deyərlər, ən yaxşısına ümud edək, çünki real durum ümidsizliyə əsas vermir.

"Yarpaq tökümü" olmadı

Futbolda davamlı uğurun əsası sabitlikdirsə, son 10 ildə bunu "Qarabağ"da görürük. Azərbaycan təmsilçisi avrokubokların qrup mərhələlərinin daimi sakininə çevrilib. Bu yay da əsas heyətini qoruyan klubu vacib fiqurlardan yalnız biri - Rusiya millusinin qolkiperi Andrey Lunyov tərk edib. Onun yerinə gec olmayaraq portuqaliyalı qapıçı Fabiyan Buntiçin gətirildiyini nəzərə alsaq, bu mənada xüsusi narahatlığa dəyməz. Azarkeşləri qayğılandıran məqam braziliyalı forvard Juninyonun satılmaq, Mərakeş əsilli fransalı vinger Abdullah Zubirin komandadan ayrılmaq ehtimalı idi, lakin onların hər ikisinin yeni mövsümə "Qarabağ"da başlayacağı dəqiqləşib. "Sambaçı"nın müştərilərinə rədd cavabı verilib, Zubir usə yeni 3 illik müqaviləyə imza atıb. Bundan başqa, gənc Musa Qurbanlı geri qaytarılıb və 2023-cü ilin qışında "Krasnodar" satılan Kadinin də əvvəlki iş yerinə dönmək ehtimalı hələ qüvvədədir. Klub ötən mövsüm parlayan gənc Nəriman Axundzadə və anlaşmalarının müddəti başa çatan digər önəmli futbolçuları ilə də sözləşmə yeniləyib.

Gələnlər: Fabiyan Buntiç ("Vizela", Portuqaliya), Musa Qurbanlı ("Yurqorden", İsveç)
Gedənlər: Maksim Medvedev (karyerasını bitirib), Adama Diakabi ("Bandırmaspor", Türkiyə), Andrey Lunyov ("Dinamo" M, Rusiya), Nahid Quliyev ("Səbail")
Müqavilə müddətini artıranlar: Bəhlul Mustafazadə, Nəriman Axundov, Riçard Almeyda, Abdullah Zubir

Hədəflər də böyüyüb

ÇL-in qrupunda oynamış, Konfrans Liqasının pley-off mərhələsini görmüş "Qarabağ" üçün artıq Avropa Liqasının 1/8 finalı da maksimum hədəf deyil. İndiki heyət yetərincə təcrübəlidir və istənilən rəqiblə üz-üzə gəlməyə hazırdır. Bu isə o deməkdir ki, yeni qapıçı Buntiçin ağdamlılara uyğunlaşmasına güman ediləndən çox vaxt sərf olunmasa, yalnız azərbaycanlı futbol azarkeşlərini deyil, həm də Türk dünyasını Avropada yeni zəfərlər gözləyir. 


"Çempionlar Liqasının qrupuna düşmək istəyirlər"

"Qarabağ"ın və Azərbaycan millisinin sabiq oyunçusu Aslan Kərimov "Qarabağ"ın yeni avrokubok mövsümü ilə bağlı şanslarını belə dəyərləndirib: "Püşkə baxsaq, "Qarabağ"ın son illər topladığı reytinqlər təmsilçimizə ilkin mərhələlərdə nisbətən daha zəif rəqiblərlə qarşılaşmaq imkanı verir. Həm ikinci mərhələdən mübarizəyə başlayacaqlar, həm də münasib rəqiblə üz-üzə gələcəklər. Bu o deməkdir ki, azı ötənilki uğurlu nəticəni təkrarlamaq ehtimalı var. Heyəti də qoruyublar. Qapıçı Andrey Lunyovu nəzərə almasaq, aparıcı oyunçular hamısı - Juninyo, Abdullah Zubir, Marko Yankoviç və digərləri qarşıdakı mövsümdə də "Qarabağ"da çıxış edəcəklər. Bu, vacib məqamdır. Üstəlik, komandaya yeni oyunçular qoşulub və qoşulacaqlar. Komandaya qayıdan Musa Qurbanlı rəqabəti gücləndirəcək, transferi yubadılmadan reallaşdırılan yeni qapıçı Fabiyan Buntiçin uyğunlaşmaq üçün vaxtı olub. Bildiyimə görə, yarımmüdafiə xəttinə önəmli transfer gözlənilir. Bir sözlə, "Qarabağ"dan bu il də çox şey gözləməyə dəyər.    
Düşünürəm ki, "Qarabağ"ın bu il üçün hədəfi böyüyüb, Çempionlar Liqasının qrupuna düşmək istəyirlər. Qitənin ən nüfuzlu klub turnirinin formatı dəyişib, "Qarabağ"ın ora düşmək şansları var. Əsas sınaq pley-offda olacaq. Hansı ki, "Qarabağ" adətən bu mərhələdə çətinliklə üzləşir. İstənilən halda, ağdamlıların ən pis halda Avropa Liqasının qrupuna vəsiqə qazanacağına və oradan pley-offlara çıxacağına inamım böyükdür".

Nihat Ağasoy

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
15:48

"Araz-Naxçıvan" "Neftçi"nin keçmiş oyunçusunu transfer etdi

15:30

Bakı klubunun futbolçuları AFFA-ya şikayət etmək qərarına gəldilər

15:12

MOİK dəniz kənarında məşq etdi, ilk rəqibin adına aydınlıq gəldi

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:54

"Neftçi"nin fərqi artıra bilməməsinin, üstəlik, qol buraxmasının səbəbi..." - Aslan Kərimov

14:41

"Şəfa" növbəti transferini ictimaiyyətə təqdim etdi

14:28

Qurban Qurbanovun ümidlərini doğrultmayan Qnalinin aqibəti necə olacaq? - SON DURUM

14:10

"Fənərbağça"da ayrılıq qapıdadır

13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

Facebookdan bizi izləməyi unutmayın.
X