15:43 09.07.2024 1114

Araz axar qıyğacı...

Ötən mövsüm elitaya qayıdan "Araz-Naxçıvan"ın böyük futbol səhnəsinə dönüşünü Muxtar Respublika sakinləri sevinclə qarşılasalar da, az keçməmiş klubun paytaxta sığınacağı üzə çıxdı. Əlbəttə, "qırmızı-ağlar"ın 2023/2024 "futbol ili"ndə Bakı çempionatının xatırladan Premyer Liqada iştirakını müəyyən mənada anlamaq da olardı. Güman edilən bu idi ki, köklü işlər işlər görüləcək, komanda belə desək, bir qədər böyüyəndən sonra təmsil etdiyi Naxçıvana qayıdacaq. Fəqət Azərbaycan Futzal Federasiyasının və Naxçıvan Futbol Federasiyasının prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Zaur Axundovun kurasiyasında olan klubun yeni mövsümdə də Bakını tərk etməyəcəyi şübhə doğurmur. 

Həmin dalğa, həmin koordinat

Şübhəsiz, əsasnaməyə görə istənilən Azərbaycan komandası ölkə daxilində harada oynayacağını özü müəyyənləşdirə bilər, amma məsələnin mənəvi tərəflərini götürsək, hazırda "Araz"ın Naxçıvana xüsusi bağlılığı yoxdur. Yəni naxçıvanlı azarkeşlər hələ də elit futbolu televiziya vasitəsi ilə izləməklə kifayətlənmək məcburiyyətindədirlər. Hə, Zaur bəyin ölkə futbolunda tutduğu vəzifələr səbəbindən həm də "qırmızı-ağlar"a başqanlıq etməsi qaydalara ziddir və o, klubun prezidenti postunu qardaşı Ramin Axundova tapşırıb. Lakin bu formallığın idarəçilik və startegiya baxımından heç nəyi dəyişmədiyi faktdır. Bir qədər obrazlı yanaşsaq, "Araz"ın hər addımından AFFA-nın Azərbaycan futbolundan uzaqlaşdırılan sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun qoxusu gəlir. Məmmədovun "şüşəli saraydakı vəzirliyi" dönəmində onun yaxın məsləkdaşlarından biri kimi tanınan Zaur bəyin köhnə qaydalarla oynadığı hələ də sezilir. 

Alqı-satqı sübuta yetirilmədi, amma...

Sözügedən komandanın ötənmövsümkü çıxışı yaddaşlardan silinməyib. Baş məşqçi Azər Bağırovun rəhbərliyi altında 9 günə formalaşdırılan kollektiv çempionata fırtına kimi başlasa da, sonradan nələrsə baş verdi... Bəzi futbolçuların meydanda özünə bənzəmədiyi, peşəkar komanda ruhunun sarsıldığı, Azər bəyin işinə müdaxilə edildiyi hiss olundu. Həmin dönəmdə "Araz"ın adının oyun alqı-satqısında hallanması da mövcud vəziyyətlə düz mütənasib idi. Yəni eyni baş məşqçinin meydana çıxardığı eyni heyətin tam fərqli çıxışı istər-istəməz ciddi şübhələrə meydan verir. Düzdür, kimin nə alıb-satdığı sübuta yetirilmədi, amma qış fasiləsindən sonra yerli futbolsevərlər "təkəri buraxmış" komanda gördü. "Araz-Naxçıvan" mövsümün ikinci bölümündə sanki bütün varlığı ilə "Zaur bəyin kurasiyasında olan komanda sizi yaxşı mənada təəccübləndirməyəcək" deyirdi... 

Bir yandan boşalır, bir yandan dolur

Əslində Bağırovu "Qəbələ"dən ayrılan Elmar Baxşıyev əvəzləyəndən sonra nəyinsə yaxşıya doğru dəyişməyəcəyi əvvəldən doğurmurdu. Mövsüm başa çatınca tanış olduğumuz mənzərəyə baxsaq, yeni "futbol ili"ndə də köhnə ssenarinin təkrarlanacağını proqnozlaşdırmaq xüsusi intuisiya tələb etmir. Ötən il gətirilən oyunçuların 60-70 faizi yola salınıb və onların əvəzlərinə yeniləri gətirilir. Görünən budur ki, qarşısında ciddi hədəflər olmayan klub yenə qısamüddətli plan qurur. Kənardan adama elə gəlir ki, bu camiə AFFA-dan aldığı 3 milyon manat ianəni hara xərclədiyini göstərməkdən başqa heç nə etmək istəmir. Bəlli, belə görüntü yaradan, bu şəkildə idarə olunan kluba yeni mövsümdə də hansısa sponsor yaxın durmayacaq. Hansı azərbaycanlı öz pulunu dibi görünməyən, nə vaxt daşıb nə vaxt quruyacağı bilinməyən lilli Araza səpər ki? Aşağıdakı fakt isə əlavə şərhə əlyeri qoymur:

Gələnlər: Urfan Abbasov ("Qəbələ"), Ülvi İsgəndərov ("Qəbələ"), Ömər Buludov ("Neftçi"), Tərlan Əhmədli ("Turan Tovuz"), Turan Vəlizadə, Karlos Jatoba (“Politexnika Lasi”, Rumıniya), Bəxtiyar Həsənalızadə ("Tuzlaspor", Türkiyə), Bernardu Oliveyra Dias (“Uniao Torreense”, Portuqaliya)
Gedənlər: Zamiq Əliyev ("Eqnatiya", Albaniya), Semir Bukviç, Numan Kurdiç, Aksel Nqando, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov ("Kəpəz"), Orxan Əliyev, Tural Bayramlı, Turan Manafov, Abdulla Rzayev ("Sabah", icarə müddəti bitib), İldar Alekperov ("Sabah", icarə müddəti bitib)
Müqavilə müddətini artıranlar: Elmar Baxşıyev (baş məşqçi), Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson, Elçin Mustafayev, Ramin Nəsirli, Miço Kuzmanoviç 

İcazə verin, yenə şübhələnək

2024/2025 mövsümündə "Araz-Naxçıvan"ın sabit, real hədəfləri olan camiəyə bənzəməsini hamımız arzulayırıq. Lakin bura qədər gördüklərimiz komandanın ölkə futbolunun qaranlıqdan işıqlığa çıxmasını arzulayanları yenə sevindirməyəcəyini düşünməyə, bədbinliyə qapılmağa səsləyir. İcazə verən  bu mövsüm də şübhələnək. Nəzarət isə aidiyyatı qurumların işidir. Bizdən demək...

Əli Sahib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
22:13

"Qarabağ" fantastik oyun nümayiş etdirdi" - Daniel Osafo-Badu

21:52

AL: "Qarabağ" "Vestri"ni "əliboş" yola salır

20:54

"Barselona"dan ilin transfer bombası

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

Facebookdan bizi izləməyi unutmayın.
X