16:08 11.07.2024 1228

"İllərdir bərbad idarəçilik səbəbindən qalaq-qalaq problemlər yığılıb qalıb" - Tahir Süleymanov

Sabah AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası baş tutacaq. İclasın gündəliyinə Hakimlər Komitəsi ilə bağlı məsələlərin müzakirəsi, futzal və çimərlik futbolu üzrə milli komandaların baş məşqçisi vəzifələrinə təyinatlar, AFFA-nın təşkil etdiyi aşağı yaş qrupları üzrə liqalarla bağlı müzakirələr, 1-ci və 2-ci Liqalarda mövcud vəziyyətin təhlili, klublara ayrılan vəsaitin meyarlar üzrə bölgüsünün müzakirəsi və digər məsələlər daxil edilib. 

İK-nın qarşıdakı iclası ilə bağlı "Neftçi"nin sabiq vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Tahir Süleymanovla danışdıq. Futbol funksionerinin Fanat.Az-a müsahibəsini təqdim edirik.

- Tahir müəllim, sabah AFFA Icraiyyə Komitəsinin iclası keçiriləcək, gündəliyə salınan məsələlər müzakirə ediləcək. Gözləntiləriniz nədir?
- AFFA İcraiyyə Komitəsinin tez-tez yığışması müsbət məqamdırsa, müzakirələrdə qəti və doğru addımların atılmasının zamanı çoxdan yetişib. Peşəkar futbolda strateji olaraq hər mövsüm 3-5 ilə bərabərdir. Düzgün bünövrənin qurulması gələcək uğurların təminatçısıdır. 

- İcraiyyə Komitəsində gündəliyə çıxarılan məsələlərin çoxluğu diqqət çəkir.
- İllərdir bərbad futbol idarəçiliyi səbəbindən qalaq-qalaq problemlər yığılıb qalıb. Bütün məsələlər vacibdirsə, çimərlik futbolundan öncə regionlarda futbolun dirçəldilməsi mövzusu prioritet sahələrdən biri olmalıdır. Bölgə futbolu düzəlmədən ölkə futbolu istənilən səviyyədə inkişaf edə bilməz.

- Regionlardan söz düşmüşkən, Bakı Futbol Federasiyasının prezidenti olaraq AFFA rəhbərliyi ilə bu mövzuda müzakirələriniz olub?
- Bilirsiniz ki, hər sahədə maddi-texniki bazanın qurulması mütləqdir. Sahə federasiyaları ilə birgə, bütün bölgələrimizi təmsil edən və nizamnaməyə uyğun AFFA-nın özəyini formalaşdıran 8 regional federasiya mövcuddur. Vaxtilə məqsədli şəkildə bölgələr futbol dili ilə desək, ofsayda salınıb. Bütün bunlara son qoyulmalı, AFFA üzv qurumlarla vahid mexanizm halında bir-birini tamamlayaraq fəaliyyət göstərməlidir. Keçmişin dağıdıcı əməllərindən, səhvlərindən nəticə çıxararaq lippertlərə, foqstlara xərclənmiş milyonlarla vəsait düzgün istiqamətə yönəlməlidir. Futbolun xilası həvəskar deyil, peşəkar yanaşma ilə birgə vətən, xalq sevgisindən, məsuliyyətdən keçir. AFFA rəhbərliyi ilə qeyd olunan məsələlərlə bağlı dəfələrlə müzakirələrimiz olub.

- Uşaq futbolunda vəziyyət faciəvidir. Özünü doğrultmuş və həmmüəllifi olduğunuz "Sabahın ulduzları" layihəsinin yenidən bərpasını düşünürsünüz?
- "Sabahın ulduzları" layihəsi uşaq-gənclər futbolunu özündə əks etdirən və kompleks şəkildə həyata keçirilə biləcək böyük layihədir. Bunun üçün lazımi şərait yaradılmalıdır. Nəinki düşünmək, fedrasiya rəhbərliyi ilə dəfələrlə fikir mübadiləsi aparılıb və rəsmi şəkildə AFFA-ya müraciət olunub, İcraiyyə Komitəsinin toplantısında məsələnin müzakirəyə çıxarılması təklif edilib. 

- İcraiyyə Komitəsində hakimlik məsələsi də müzakirə ediləcək. Bildiyimiz qədərilə Hakimlər Komitəsi sədri vəzifəsi sizə təklif olunmuşdu.
- Bu barədə fikirlərim mətbuat vasitəsilə futbol ictimaiyyətinə çatdırılıb, yenidən geniş münasibət bildirmək istəmirəm. İstər AFFA rəhbərliyi, istərsə beynəlxalq dərəcəli hakim həmkarlarım bu mövzuda mövqeyimi bilirlər. Əlavə olaraq bildirim ki, çox gecikilib, çempionatın başlamasına çox az vaxt qalıb və Hakimlər Komitəsinin başsız qalması, ötən mövsümdən daha prinsipial keçəcəyi gözlənilən Premyer Liqa oyunlarında böyük fəsadlara səbəb ola bilər.

- Sonda təcrübəli klub funksioneri kimi, komandalarımızın avrokuboklarda çıxışından nə gözləyirsiniz?
- İddialı olmağı, maksimum nəticələrin əldə olunmasını arzu edirəm. Hər birinə uğurlar!

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2026
22:13

"Qarabağ" fantastik oyun nümayiş etdirdi" - Daniel Osafo-Badu

21:52

AL: "Qarabağ" "Vestri"ni "əliboş" yola salır

20:54

"Barselona"dan ilin transfer bombası

20:21

Emre Mor karyerası ilə bağlı yekun qərarı verdi

19:48

"Qalatasaray" İngiltərədə transfer ovunda

19:09

Sabiq "Real Madrid"li "Sumqayıt"ı çalışdıracaq

18:42

"Nyukasl" 20 yaşlı gənc üçün 60 milyon ödəyir

18:14

Neymar 39 yaşında karyerasını bitirir?

17:56

"Arsenal" fransalı futbolçunu rənglərinə bağladı

17:28

Elçin Mustafeyvin yeni iş yeri bəlli oldu

17:10

Portuqaliya millisinin yeni baş məşqçisi bilindi - Fabritsio Romano açıqladı

16:51

"Turan Tovuz"dan ayrılan qapıçı Rusiya klubunda

16:39

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

16:34

Niderlandlı yarımmüdafiəçi "Şəfa"da - RƏSMİ

16:16

Lukaku Türkiyə nəhənginə keçmək üzrədir - SON DURUM

15:53

"Karvan-Yevlax" 22 yaşlı yarımmüdafiəçini heyətinə qatmağa yaxındır

15:35

"Xankəndi" bu futbolçunu gözaltı etsə də...

15:17

"Açığı, "Zirə"dən belə oyun gözləmirdim" - Aslan Kərimov

14:58

Bayramov bu klubla anlaşdı

14:31

Rumıniya millisinin sabiq futbolçusu göldə boğularaq həyatını itirdi

14:15

İngiltərə millisinin 4 futbolçusu kollektiv məşqə qatılmadı - ADLAR

13:47

Misir millisinin baş məşqçisi yerli assosiasiya ilə müqavilə yenilədi

13:29

Azərbaycanı Potidəki reqatada 12 idmançı təmsil edəcək

13:11

"Mingəçevir" dağılmaq təhlükəsi ilə üz-üzə qalıb - Borcun məbləği məlumdur

12:50

Azərbaycanın stolüstü tennisçiləri Portuqaliyaya yollandılar

12:32

"Neftçi SOCAR" "Madrid"lə üz-üzə

12:14

"Turan Tovuz"da yeni təyinat

11:55

DÇ-2026: Bu gün 1/4 final mərhələsi başlayır

11:33

Azərbaycan millisi Gürcüstan yığmasını böyük hesabla yendi

11:16

"Bayern Münhen"in qapıçısı "Beşiktaş"la müqavilə bağladı - RƏSMİ

10:51

Messi qol rekordunu qırdığı Klozeyə nə vəd edib? - Açıqladı

10:30

Karyerasını bitirən qapıçı fikrindən daşındı, yeni klubla anlaşdı

10:09

Ramiz Məmmədov onu da "Karvan-Yevlax"a apardı

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Avropa Liqası: "Qarabağ" İslandiya təmsilçisini sınağa çəkir

09:00

"Zirə"nin darmadağını Azərbaycanın qazancını artırdı - UEFA reytinqi

01:44

"Barselona"da şok ayrılıq

00:40

"Real Madrid" əsrin transfer layihəsini tamamlayır

08 İyul 2026
23:57

Argentinanın ABŞ-dakı gizli əməliyyatlarının üstü açılır?

23:07

"Sürprizi göstərə bilmədik" - Dirk Şuster

Facebookdan bizi izləməyi unutmayın.
X