15:15 17.12.2024 1063

"Sabah" ölkə xaricinə yollanır - "PSJ, "Ayaks" kimi klubların qatılacağı turnirdə oynamaq təklifi almışıq"

"Sabah" klubunun aşağı yaş qrupları üzrə komandaları 2025-ci ildə bir neçə beynəlxalq turnirə yollanacaq.  

Bu barədə Fanat.Az-a Bakı klubunun Futbol Akademiyasının koordinatoru Təbriz Həsənov məlumat verib. Klub rəsmisi İspaniya, Türkiyə, Gürcüstan, Rusiya və daha bir neçə ölkədən dəvət aldıqlarını bildirib:

"Hər il olduğu kimi, aşağı yaş qrupları üzrə komandalarımızın müxtəlif turnirlərdə iştirakı gözlənilir. Bir neçə ölkədən dəvət almışıq. Hazırda onları dəyərləndiririk. Fevralda Gürcüstana səfər nəzərdə tutulub. Tengiz Sulakvelidzenin Akademiyasının təşkil edəcəyi turnirə qatılmağı planlaşdırırıq. Ötən il də ora getmişdik, həm biz, həm də "Qarabağ". 
Türkiyədə İzmir, Antalya və Rizede turnirlər olacaq. Apreldə İzmirdə "VİNA Football" yarışına dəvət almışıq. Oraya PSJ, "Ayaks", "Kopenhagen", "Altınordu" kimi klubların komandaları gələcək.      


May ayında Antaliyada "Junior World Cup" olacaq. İyunda isə İspaniyanın paytaxtı Madriddə "MadCup" keçiriləcək. Ora ötən yay U-10 komandamızı göndərmişdik.


İyunun sonunda isə "Rize Cup" turnirinə qatılmağı planlaşdırırıq. Hansı yaş qrupu üzrə komandanın hansı turnirə göndərilməsinə isə götür-qoy etdikdən sonra qərar verəcəyik. Həmişə çalışırıq ki, bütün komandalarımız üçün bu fürsət yaradılsın. Klub rəhbərliyi uşaq komandalarının indidən beynəlxalq oyun təcrübəsi qazanmasına böyük önəm verir".

Mirağa

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

07 İyun 2026
22:02

Azərbaycanın kişilərdən ibarət voleybol yığması İsveçə uduzub

21:58

Sosial mediada San-Marino - Azərbaycan matçını "ələ saldılar"

21:29

"Real Madrid"dən Arda Güler paylaşımı

20:53

Jose Mourinyudan "Real Madrid" rəhbərliyinə Bernardo Silva tələbi

20:26

"Liverpul" müdafiəsini Maksim Esteve ilə gücləndirir

19:51

"Nyukasl" Entoni Qordonun əvəzləyicisini İspaniyada tapdı

19:23

Fermin Lopez "Barselona" üçün toxunulmazdır

18:43

"Real Madrid" portuqaliyalı yarımmüdafiəçini hədəf seçib

18:18

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

17:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:20

"Mançester Siti" vingerinin maaşını artırıb qalmağa razı saldı - Son durum

16:51

Fransalı ulduz klubsuz qaldı

16:17

"Ayaks" "Real"ın oyunçusunu aparır - Bu qiymətə

15:45

"Braziliyada onu əvəz edəcək futbolçular var"

15:18

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır

14:23

"Zirə" Tyaqo Silva ilə vidalaşdı

14:00

Xorvatiya Sloveniyaya qarşı, İtaliya Yunanıstan səfərində - Oyunlar

13:30

Türkiyədən əzmkar qələbə - VİDEO

12:49

Avropa Liqası: Voleybol millimiz Estoniyaya qarşı

12:20

Avropa çempionları bu gün Bakı turuna çıxır

11:50

Dünya Kuboku: Azərbaycan millisi yarımfinal oyununa çıxır

11:13

Günün oyunları bu kanallarda - AFİŞA

10:41

Argentina ciddi itki ilə üzləşdi

09:37

İstanbul nəhəngi yeni baş məşqçisinin adını açıqladı

09:00

Almaniya mundialın təşkilatçılarına qalib gəldi

02:22

"Real Madrid"in ulduzu İtaliya nəhənginə keçir?

01:37

"Barselona" onun üçün 80 milyon ödəyəcək?

00:48

Holand "Real Madrid"ə keçir, ya yox?

06 İyun 2026
23:22

Avropa Açıq Turniri: Azərbaycan cüdoçuları ilk yarış günündə iki medal qazanıblar

22:41

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Qazaxıstana uduzub

22:09

Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunda yarımfinala yüksəlib

21:43

"Mançester Yunayted" hücum xəttini "Brentford"un ulduzu ilə gücləndirmək istəyir

21:07

Viktor Osimhen "Barselona"ya keçir?

20:37

"Arsenal" türkiyəli ulduz üçün 50 milyon avro ödəyəcək?

20:22

Azərbaycan millisi Bəhreyni məğlub etdi

20:09

"Barselona" braziliyalı forvardla güclənir

19:47

"Mançester Yunayted" 80 milyonluq transfer hədəfləyir

19:11

Hansi Flik "Barselona" Akademiyasından yeni misirli hücumçu seçdi

18:54

"DÇ-da həm Messini, həm də Ronaldunu sıradan çıxarmaq istəyirəm"

18:12

Yurgen Kloppun menecerindən "Real Madrid"ə qəti cavab

Facebookdan bizi izləməyi unutmayın.
X