13:29 25.04.2025 523

Rəşad Sadıqov "Kəpəz"lə oyunda 4 futbolçusunun xidmətindən məhrumdur

Misli Premyer Liqasının (MPL) 32-ci turu çərçivəsində sabah Tovuzda "Kəpəz"lə qarşılaşacaq "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov 4 futbolçusunun xidmətindən məhrumdur.

Bunu Fanat.Az-a açıqlamasında "qartallar"ın sözçüsü Elmar Abdullazadə deyib.

"Cəzalı oyunçumuz yoxdur. Yusuf Laval, David Volkov, Fuad Bayramov və Hacıağa Hacılı zədəli olduqları üçün komandaya kömək edə bilməyəcəklər".

Təbii, 4 futbolçunun yoxluğu istənilən komanda üçün əlavə problem anlamındadır. Üstəlik, Gəncə təmsilçisində itkilərin olmaması (yalnız müdafiəçi Rauf Hüseynlinin oynayıb-oynamayacağı bilinmir) qarşısına qələbə məqsədi qoyan "Zirə"nin işini çətinləşdirir. Yeni sponsorun gəlişindən sonra hər uğurlu nəticə bölgə təmsilçisinin oyunçularına həm də pul mükafatı qazandırır. Digər tərəfdən, hələ "Kəpəz"in turnir cədvəlində qabaqladığı "Səbail"in elitadan düşəcəyi də dəqiqləşməyib. Yəni "sarı-göylər"in bu qarşılaşmada bütün gücünü meydanda qoyacağı zərrə qədər şübhə doğurmur.

"Zirə" bu mövsüm çempionatda "Kəpəz"ə nəinki xal verməyib, geridə qalan 3 duelin hamısından "quru" hesablı qələbələrlə ayrılıb - 3:0, 4:0, 2:0. İstər heyətinə, istər oyun intizamına, istərsə də sabitliyinə görə diqqətləri üzərinə çəkən qəsəbə təmsilçisinin bu dəfə nəyə nail olacağı statistika baxımından da böyük maraq doğurur. Bu, həm də "Kəpəz"in çalışdırıcısı Azər Bağırov üçün Sadıqovun komandasını yenmək fürsətidir.

Gəncəlilərin açıq futbola üstünlük verməyəcəyini, daha çox müdafiənin qayğısına qalaraq xoşbəxtliyi əks-hücumlarda axtaracağını proqnozlaşdırmaq olar. Azər bəy "Zirə"ni kifayət qədər yaxşı tanıyır. O, səviyyəli vingerlərə və hücumçulara malik "qartallar"a açıq futbol təklif etməyin işə yaramayacağının fərqindədir. 

Qeyd edək ki, "Kəpəz" - "Zirə" matçı 19:00-da start götürəcək. 31 oyuna 61 xal toplayan qəsəbə təmsilçisi MPL-in tunrir cədvəlində 2-ci, Gəncə komandası isə (28 xal) 9-cu pillədə qərarlaşıb.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 İyul 2026
13:52

Premyer Liqa klublarının görüş vaxtı bilindi

13:36

KL: Bu gün 40 oyun keçiriləcək

13:17

Montiel "Qarabağ"dan bu səbəbdən ayrıla bilər

12:57

"Mançester Yunayted"in ulduzu Messi ilə komanda yoldaşı oldu

12:38

"Arsenal" Edeqorun transfer dəyərini açıqladı

12:19

"Almaniyanın İspaniyadan öyrənəcəyi çox şey var" - Lotar Matteus

12:01

Qvardiola İtaliya millisinə nə cavab verəcək?

11:50

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:43

Emin Mahmudov yubiley qolunu vurdu

11:24

AL: "Beşiktaş" danimarkalılarla üz-üzə, Murad Məmmədov "Pafos"da debütünə hazırlaşır

11:05

"Qalatasaray" mərakeşli müdafiəçini istəyir

10:46

Luis Suares Levandovskinin debütünü korladı

10:27

"Karvan-Yevlax" daha iki futbolçu ilə anlaşdı

10:09

Nəriman Axundzadə bu tur nə ilə yadda qaldı? - VİDEO

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

"Zirə"nin Estoniya sınağı

09:00

"Qarabağ" Bolqarıstan təmsilçisi ilə qarşılaşır

01:58

ÇL: 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vuruldu

01:44

KL: "Braqa"dan minimal hesablı qələbə, "Başakşəhər" heç-heçəyə razılaşdı

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

Facebookdan bizi izləməyi unutmayın.
X