
Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb.
Fanat.Az xəbər verir ki, AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
Məlumatı milli futbol qurumunun rəsmi saytı yayıb.
Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Xatırladaq ki, Azərbaycan yığması DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununu səfərdə İslandiya seçməsinə qarşı keçirib və 0:6 hesabı ilə uduzub.
Nihat