23:52 01.10.2025 681

"Qarabağ" "Kopenhagen"dən üstün futbol oynadı"

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"i qəbul edən "Qarabağ" Danimarka təmsilçisi üzərində inamlı qələbə qazanıb. Turnirin 1-ci turunda səfərdə "Benfika"nı parlaq geridönüşlə üstələmiş Ağdam komandası ikinci qələbə sayəsində xallarının sayını 6-ya çatdırıb. "Neftçi"nin və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlayıb tarixi oyun barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Oyun çox gərgin keçdi. Belə olacağını əvvəldən təxmin edirdim. Rəqibin sürətli keçidlərini və "standartlar"dan yaxşı istifadə bacarığını matçdan öncə də vurğulamışdım. Həqiqətən təhlükəlidirlər. Oyunda bunu bir daha gördük. İkinci hissədə ortaya qoyduqları təzyiq də nə dərəcədə güclü olduqlarını isbatladı.

"Qarabağ" rəqibi yaxşı təhlil etmisdi. Bilirdilər ki, "Kopenhagen"in keçidləri təhlükəlidir. Rəqib həm 2-ci, həm də 3-cü zonada "Qarabağ"a pressinq tədbiq etməyə calışsa da, komandamız pressinqdən düşünülmüş ötürmələrlə cıxır, təhlükəli hücumlar qururdu. Hesab açılana qədər də "Qarabağ"ın yüzfaizli qol epizodu oldu. Təəssüf ki, Zubir bu şansı dəyərləndirə bilmədi. Kapitan dirəkdən qayıdan topu tora qovuşdurandan sonra, hissənin sonlarında yenə də "Qarabağ" əla fürsəti qaçırdı. 

İkinci hissədə qonaqlar təyziqi artırdılar. Danimarka təmsilçisi "Qarabağ"ı öz yarımeydanında "otuzdurmuşdu". Top itdikdən sonra dərhal pressinq edib geri alır, hesabı bərabərləşdirmək istəyirdilər. Amma "Qarabağ" da ağıllı müdafiə olunur, rəqibə qol epizodu verməməyə çalışırdı. Təbii ki, "Kopenhagen" keyfiyyətli oyunçularının hesabına bir-iki qol epizodu da yaratdı. Hərçənd onu da deyim ki, Danimarka komandasının ikinci yarıda bir tirə tuş gələn zərbəsi, bir də bir real qol vəziyyəti oldu. Əksinə, ikinci yarıda təmsilçimizin ifasında iki maraqlı, sürətli keçid izlədik. Bunlardan birində "Kopenhagen"i üçə iki yaxaladılar. Həmin epizodda Leandro Andrade ötürmə etmək əvəzinə, oyunu üzərinə götürüb topu itirdi...

Ümumi baxsaq, düşünürəm ki, "Qarabağ" bu matçda rəqibindən üstün futbol oynadı və 2:0 hesablı layiqli qələbə qazandı. İkinci hissədə ağıllı müdafiə də düşünülmüş plan idi. Qurban müəllimi və "Qarabağ"ı təbrik edirəm, komandamıza növbəti oyunlarda uğurlar arzulayıram".

Kamil Xudiyev

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X