15:40 02.10.2025 835

"Benfika"ya yox, amma "Kopenhagen"ə qalib gələ biləcəyimizə inanırdım" - Aslan Kərimov

UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinin 1-ci turunda səfərdə "Benfika"nı parlaq geridönüşlə yenən (3:2) "Qarabağ" 2-ci turda öz meydanında "Kopenhagen"i inamla üstələdi - 2:0. Bakıdakı qələbə sayəsində xallarının sayını 6-ya çatdıran Ağdam təmsilçisi pley-offa yüksəlmək yolunda da inamlı addım atdı. Tanınmış futbol mütəxəssisi, "Qarabağ"ın sabiq yarımmüdafiəçisi Aslan Kərimovla əlaqə saxlayıb oyunu dəyərləndirməsini istədik.

Onun Fanat.Az-a açıqlamasını təqdim edirik:

"Çox vacib bir qələbə idi. İki fərqli hissə izlədik. İlk yarıda "Kopenhagen" nə birinci zonadan hücumlar qura bildi, nə də xüsusi nə iləsə yadda qaldı. "Qarabağ" yüksək pressinqlə topu ələ keçirir, qonaq komandanın qapısı qarşısında təhlükəli vəziyyətlər yaradırdı. 28-ci dəqiqədə Pedro Bikalyonun qapı dirəyindən qayıdan zərbəsini Abdullah Zubir qolla tamamlayandan sonra Danimarka təmsilçisi müdafiədə riskli oynamağa başladı və yüzfaizli qol imkanı yaxaladı. Yəni qonaqların birinci yarıda qurduqları nadir hücumlardan biri qolla nəticələnə bilərdi. Xoşbəxtlikdən rəqib oyunçunun zərbəsi dəqiq alınmadı.

İkinci yarıda da təzyiq etməyə çalışdıq, lakin daha riskli oynayan "Kopenhagen" belə desək, oyunun ipini əlinə aldı. Ya "Qarabağ" özü geriyə çəkildi, ya da "Kopenhagen" komandamızı buna vadar etdi. Bizi daha çox cinahlardan "sıxırdılar". "Qanadlar"dan etdikləri ötürmələr olduqca təhlükəli alınırdı. İkinci yarıda Mateuş Koxalskinin kritik bir seyvini, onların qapı tirindən qayıdan zərbəsini də vurğulamalıyıq. Matçın təxminən 50-80-ci dəqiələri arasında bizə çətin anlar yaşatdılar. Bu zaman kəsiyində bizi tam olaraq üstələməyi bacarmışdılar. Əlbəttə, belə təzyiq fonunda danimarkalıların öz qapılarını toxunulmaz saxlaması da asan iş deyildi. Riskli oynayaraq "Qarabağ"a əks-hücim imkanları verirdilər. Əslində, Emmanuel Addai ikinci qolu vurana qədər də hesab arasındakı fərqi artırmaq şanslarımız olmuşdu. Addainin 83-cü dəqiqədə rəqib qapısına yol tapmasına gəlincə, o, "Kopenhagen"i fərdi ustalığı sayəsində məyus etdi. İkinci qol komandamızın psixoloji basqıdan da qurtulmasını şərtləndirdi. Düzü, "Benfika"ya yox, amma "Kopenhagen"ə qalib gələ biləcəyimizə inanırdım. İki oyuna 6 xal çox şey deməkdir. Bununla, pley-offa yüksəlmək şansımızı da yaxşılaşdırdıq".

Qeyd edək ki, "Qarabağ" ÇL-in 3-cü turunda İspaniyada "Atletik" ilə qarşılaşacaq.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X