15:30 03.10.2025 1828

"Kopenhagen"lə oyunda meydanın ən yaxşısı o idi" - Elşad Əhmədov

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində "Kopenhagen"i qəbul edən "Qarabağ" Danimarka təmsilçisi üzərində inamlı qələbə qazanıb. Turnirin 1-ci turunda səfərdə "Benfika"nı parlaq geridönüşlə üstələmiş Ağdam komandası ikinci qələbə sayəsində xallarının sayını 6-ya çatdırıb. "Qarabağ"ın sabiq müdafiəçisi Elşad Əhmədovla əlaqə saxlayıb tarixi oyun barədə fikirlərini bölüşməsini istədik.

Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Qarabağ" birinci hissədə çox gözəl oynadı. Rəqibi meydanın özünə aid hissəsinə "otuzduraraq" məzmunlu hücumlar qururdu. Fasiləyə qədər bir neçə qol imkanı yaxaladıq ki, bunlardan da yalnız birində rəqib qapısına yol tapdıq. Komandamızın cinahları çox fəal idi. Topu özümüzdə saxlayır, meydanda dominantlıq edirdik. Oyunun ən yaxşısı Elvin Cəfərquliyev oldu. Əlbəttə, Elvin də çox yaxşı mübarizə aparmışdı. Amma mənim fikrimcə, Mteus Silva daha parlaq performansla yadda qaldı. "Kopenhagen"lə oyunda meydanın ən yaxşısı o idi. Həm hücumda, həm də müdafiədə əla təsir bağışladı...

Zədə səbəbindən oynamayan Marko Yankoviçin yoxluğunda digərləri sağ olsunlar, çox əziyyət çəkdilər və qələbəni həqiqətən böyük əzmkarlıqla qazandılar. "8 nömrə" mövqeyində mübarizə aparan Kadinin də oyununu qeyd etməliyəm. Hər iki hissədə xoş təsir bağışladı. Ümumi baxsaq, söylədiyim kimi, birinci hissədə qonaqlara göz açmağa imkan vermədik. Epizodlardan faydalansaydıq, yəqin ki, fasiləyə 3 top fərqi ilə öndə yollanardıq. İkinci yarıda rəqib daha riskli oynamağa, irəlidə pressinq etməyə başladı və bunun nəticəsində üstünlüyü ələ keçirdi. Hərçənd "Qarabağ" da məzmunlu əks-hücumlar qurur, yalnız müdafiə olunmaqla kifayətlənmirdi. Emmanuel Addai fərdi ustalığı hesabına ikinci qolu vurandan sonra "Kopenhagen"in evə xalsı qayıdacağı dəqiqləşdi. "Qarabağ"a qarşıdakı oyunlarda uğurlar arzulayıram. Ümid edirəm ki, uğurun ardını gətirib bizi sevindirməyə davam edəcəklər".

Qeyd edək ki, "Qarabağ" ÇL-in 3-cü turunda İspaniyada "Atletik" ilə qarşılaşacaq.

Nihat

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

22 İyul 2026
23:44

"Fulhem" "Real"ın hücumçusunu istəyir

23:20

Rafael Leau "Qalatasaray"ın radarına düşdü

22:35

"Sevgidən nifrətə bir addımlıq yoldur" - Yuri Vernidub

22:12

Aleksandr Şaqoyko: "Neftçi"nin səviyyəsini dərk edirik"

21:53

KL: "Neftçi" Belarus təmsilçisinə məğlub oldu

21:14

Ceff Bezos "Liverpul"un səhmdarı ola bilər

20:51

"Arsenal" Mikel Oyarzabal transferini gündəmə gətirdi

20:12

"Fənərbağça" Qirassi ilə anlaşdı

19:52

"Çelsi" Con Stounsu transfer etmək istəyir

19:09

"İnanıram ki, matçın gedişində futbolçularımız öz oyunlarını göstərə biləcəklər" - Qurban Qurbanov

18:41

Rəcəb Tayyib Ərdoğan Məhəmməd Salah transferi ilə maraqlandı

18:02

Freddi Varqas "Neftçi"də - RƏSMİ

17:50

İtaliyada idman jurnalisti öldürülərək yandırıldı

17:35

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:32

"Şəfa" daha bir transfer reallaşdırdı

17:14

"Zirə"nin bu mərhələni də keçəcəyinə şübhəm yoxdur"

16:55

Zaniolo karyerasını harada davam etdirəcəyinə qərar verdi

16:34

"Mançester Siti" Foden ilə bağlı qərarını verdi - RƏSMİ

16:15

"Əl-Əhli" "Qalatasaray"ın müdafiəçisini aparır

15:57

"Çətinliklə olsa belə, mərhələni "Qarabağ" keçəcək" - Samir Əliyev

15:39

"İnter" Almaniya təmsilçisini biabırçı hesabla uddu

15:18

Kamavinqa İngiltərə nəhənginə transfer olunur

14:57

"Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı

14:38

"Real"ın keçmiş "10 nömrə"si klubundan ayrıldı

14:20

"Bəlkə də hücumçuların günü deyildi" - Aslan Kərimov

14:02

Azərbaycan klubu Bulatoviçin razılığını aldı

13:44

"Neftçi"nin rəqibini BATE-nin azarkeşləri də dəstəkləyəcək

13:32

Bu gün baş tutacaq "Neftçi" - "Dinamo" matçına neçə bilet satıldığı bilindi

13:13

"Turan Tovuz" DÇ-dən qazanc əldə edəcək

12:55

Freddi Varqas Bakıya gəldi

12:37

"Neftçi" yeni veb saytını təqdim edir

12:19

Belçika millisi yola onunla davam edəcək

12:00

"Neftçi" Montenerqo təmsilçisi ilə üz-üzə

11:42

Əfsanəvi qolkiper karyerasını bitirdiyini açıqladı

11:24

Alvares "Barselona"ya getmək istəyir

11:06

"Beşiktaş" "Real"ın müdafiəçisi ilə razılığa gəldi - SON DURUM

10:48

"Çelsi" tarixinin ən bahalı transferini reallaşdırdı - Məbləğ

10:30

ÇL: 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

10:09

Messi DÇ-2026-nın ən yaxşı oyunçusu seçildi

09:48

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X