
Bizon Azərbaycan Kubokunun 1/8 final final mərhələsində 1-ci Liqanın lideri "Şəfa" "Qəbələ"nin qonağı olacaq. Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli ilə əlaqə saxlayıb elita komandası ilə mübarizədən nə gözlədiyini soruşduq.
33 yaşlı mütəxəssisin Fanat.Az-a açıqlaması belə oldu:
"Rəhbərlik kubokla bağlı qarşımıza konkret hədəf qoymayıb. Lakin məqsədimiz bacardığımız qədər irəli getməkdir. Rəqibimiz Premyer Liqanin ən intizamli komandalarından biridir. Bizim üçün çətin olacagını bilirik. Amma futbolçularıma güvəndiyim uçun çox inaniram ki, "Qəbələ" ilə oyunda istədiyimiz nəticəni əldə edə biləcəyik".
Qeyd edək ki, "Qəbələ" - "Şəfa" görüşü dekabrın 4-də keçiriləcək. Matçın start fiti 15:00-da səsləndiriləcək. Meydan sahibləri mübarizəyə bu mərhələdən qoşulacaqlarsa, "Şəfa" 2-ci təsnifat mərhələsində "Cəbrayıl"ı 3:0 hesabı ilə yenərək Premyer Liqa komandası ilə qarşılaşmaq hüququ qazanıb.
Nihat