
UEFA Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turunda "Qarabağ"ın qonağı olacaq "Ayaks"ın Bakıya nə vaxt gələcəyi bəlli olub.
Bu barədə Fanat.Az-a Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyev məlumat verib:
"Ayaks" dekabrın 8-də Bakıda olacaq. Niderland təmsilçisini gətirəcək təyyarə 23:00-da eniş edəcək. Rəqib ertəsi gün həm açıq məşq, həm də mətbuat konfransı planlaşdırır".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu dekabrın 10-da keçiriləcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşmanın start fiti 21:45-də səsləndiriləcək.
Nihat