
Bizon Azərbaycan Kubokunun 1/8 finalında "Şamaxı"ya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandıran 1-ci Liqa təmsilçisi "Baku Sportinq"in məşqçisi Röyal Nəcəfov oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.
Fanat.Az xəbər verir ki, o, belə danışıb:
"Düşünürəm ki, Premyer Liqa komandasına qarşı yaxşı mübarizə apardıq. Bizim komandada əsas və ikinci heyət anlayışı yoxdur. Az oynayan və çox oynayan oyunçular var. Bu gün daha çox az oynayan oyunçulara şans vermişdik. Dörd-beş futbolçumuzun yüngül zədəsi vard idi. Onları riskə atmaq istəmədik. Sonuncu dəqiqələrdə penalti epizoduna gəlincə, onu vermək də olardı, verməmək də. Hakim verməməyi uyğun saydı. Biz “Baku Sportinq” olaraq yaxşı oyun göstərməyə və hər matçda qalib gəlməyə çalışacağıq. İldən-ildən peşəkar səviyyədə böyüyürük və təcrübəmiz artır".
Nihat