
1-ci Liqa təmsilçisi "Mingəçevir"in qanalı hücumçusu Cona Attukuayenin Hepatit B virusunun daşıyıcısı olduğu halda, komandada saxlanıldığını və oyunlara çıxdığını diqqətinizə çatdırmışdıq. 25 yaşlı oyunçunun müsbət nəticələnən analizlərinin cavablarının Yevlax Regional Dövlət Miqrasiya İdarəsinə göndərilmədiyini, komandanın baş məşqçisi Ramiz Məmmədovun, Attukuayenin Maqa kimi tanınan menecerinin, eləcə də klubun idarəçilərinin vəziyyətdən xəbərdar olduqlarını açıqlamışdıq.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, Cona "işıqçılar"ın son məşqində iştirak etməyib.
O, hazırda "Mingəçevir"in futbolçularının qaldığı bazada da deyil. Komanda yoldaşları Attukuayeni dünəndən bəri görməyiblər.
Xatırladaq ki, 16 xalı olan "Mingəçevir" turnir cədvəlinin 3-cü pilləsində mövqe tutub.
Fanat.Az