
"Neftçi"nin yeni baş məşqçisi dəqiqləşmək üzrədir.
Fanat.Az xəbər verir ki, Bakı klubu ukraynalı mütəxəssis Yuri Vernidubla müqavilənin şərtlərini razılaşdırıb.
Azərbaycan klubu onunla 1+1 illik müqavilə bağlamaq niyyətindədir.
60 yaşı yanvarın 22-də tamam olacaq mütəxəssisin Bakıya daha tez gələcəyi gözlənilir.
Müharibə şəraitində olan Ukraynada 60 yaşınadək kişilər ölkəni yalnız xüsusi icazə əsasında tərk edə bilərlər. Lakin Vernudub ölkəsində tanınmış məşqçilərdən biri olduğundan, dövlət orqanları onun Azərbaycana gəlməsinə böyük ehtimalla, problem yaratmayacaqlar. "Ağ-qaralar" komandanı qış toplanışına məhz bu mütəxəssisin aparmasını istəyirlər.
Nihat