
1-ci Liqada çempion olaraq Misli premyer Liqasına vəsiqə qazanan "Şəfa" transfer çalışmalarını davam etdirir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, artıq elitada Bakı təmsilçisinin uğurları üçün çalışacaq bir neçə futbolçunun adına aydınlıq gəlib.
Bunlardan biri "Şamaxı" ilə vidalaşan 25 yaşlı müdafiəçis Arsen Ağcabəyovdur. Tərəflər artıq anlaşıblar. 1-ci Liqadakı heyətdən isə qapıçı Əlirza Müştəbazadə, vinger Nahid Əliyev, yarımmüdafiəçi İsmayıl zülfüqarlı və mərkəz müdafiəçisi Nihad Quliyevdir.
Nihat