
"Sabah"ın cinah hücumçusu Xəyal Əliyev Azərbaycan millisinin düşərgəsindən ayrılıb.
Fanat.Az xəbər verir ki, məlumatı AFFA-nın mətbuat xidməti yayıb.
Macarıstanın Sombatxey şəhərində iyunun 5-də Malta yığmasına qarşı keçirilən yoldaşlıq görüşündə (0:2) zədələnən oyunçu müalicə olunmaq üçün İspaniyanın paytaxtı Madridə yollanıb.
Xatırladaq ki, Azərbaycan millisi bu gün San Marino ilə üz-üzə gələcək. Görüş "Haladaş" stadionunda, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.